Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Sarıçoban kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirib

26 iyul 2019 | 11:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Sarıçoban kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi səyyar-görüşdə rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli üçün  həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir.
Kənd sakinlərindən Laçın Mehtiyev, Ədalət İsmayılov, Aleksey İmanov və başqaları əhalinin həyat şəraiti,  ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan kəndlərin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə edərək qədim tarixi olan kənd Məscidinin və istifadəyə yararsız halda olan keçmiş Məişət evinin əsaslı təmirinə, yeni istirahət Parkının salınmasına görə ölkə rəhbərinə təşəkkürlərini bildirmiş və bəzi problemlərinin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında kəndə telefon xəttinin çəkilməsinə, kəndarası yolların təmirinə, kənddə uşaq baxçasının və tibb məntəqəsinin tikilməsinə ehtiyac olduğu diqqətə çatdırıblar.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov  vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər məsələlərin həlli üçün əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.

 

Keçidlər