Ağdamda “kiçik toy” mərasimi keçirilmişdir
06 sentyabr 2013 | 10:00
Ağdam rayonunun Quzanlı qəsəbəsində aztəminatlı ailələrin uşaqları üçün “kiçik toy” mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, rayon icra hakimiyyəti və mərkəzi rayon xəstəxanasının təşəbbüsü ilə keçirilən humanitar aksiya zamanı yüzə yaxın uşaq sünnət edilmiş, onlara hədiyyələr verilmişdir.
Xeyriyyə tədbiri əhali tərəfindən yüksək minnətdarlıqla qarşılanmışdır.
Belə mərasimlərin keçirilməsi bundan sonra da davam etdiriləcəkdir.