Ağdam Rayonunda "Narkomaniyaya yox deyək!" adlı tədbir keçirilmişdir.
29 may 2019 | 11:00
Heydər Əliyev Mərkəzində Ağdam Rayon İcra Hakimiyyətinin və Polis Şöbəsinin təşkilatçılığı, Ağdam Rayon İcra Hakimiyyəti və Ağdam RTŞ- nin nəzdində fəaliyyət göstərən bir qrup ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə
"Narkomaniyaya yox deyək!" adlı tədbir keçirilmişdir. Tədbirdə Ağdam Rayon Polis Şöbəsinin rəisi, DİN- nin tibb idarəsinə tabe olan Bərdə regional həkim ambolatoriyası tibb xidmətinin əməkdaşı, Ağdam RİH- nin və Ağdam RTŞ- nin əməkdaşları iştirak etmişlər.