Ağdam Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib.
08 may 2019 | 11:00
Ağdam rayon Icra Hakimiyyətində hər həftənin üçüncü günü olduğu kimi bu həftədə vətəndaşların qəbulu həyata keçirilib. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr iştirak ediblər. Qəbula gələn vətəndaşların problemləri ayrı-ayrılıqda dinlənilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilərək həlli prosesi nəzarətə götürülüb.