Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Bakı şəhəri Binəqədi rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib.

29 mart 2019 | 11:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Bakı şəhəri Binəqədi rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib.
Təhsil, səhiyyə,  mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə ölkəmizin və rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.
Məcburi köçkün sakinlərdən Zümrüd Quliyeva, Qəhrəman Hüseynov, Elmira Quliyeva, Əziz Zeynalov, Telman Hətəmov, Şaiq İbayev, Allahverdi Azadov, Validə Bağırova və başqaları əhalinin həyat şəraiti,  ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan qaçqın və məcburi köçkünlərimizin  də daim diqqət mərkəzində saxlanılmasından, digər yerlərdə olduğu kimi Bakı şəhəri Binəqədi rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün insanlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək  bəzi problemlərin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında məskunlaşdıqları yataqxanalarda mənzil şəraitlərinin ağır olmasını bildirərək onların mənzillə təminatına köməklik edilməsini, veteran adlarının alınmasında köməklik edilməsini, iş və və digər şəxsi məsələlərinin həllinə ehtiyacları olduğu diqqətə çatdırılıb. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov  vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerində tapşırıqlar verib və onların həlli prosesi nəzarətə götürülüb.

Keçidlər