Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib

30 mart 2019 | 11:00

Ağdam rayonu 135 saylı tam orta məktəbdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirində ziyalılar, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov Azərbaycanlıların başına gətirilən müsibətlərdən danışaraq bildirib ki, erməni faşistlərinin törətdikləri soyqırım aktları təkcə miqyasına və coğrafiyasına görə deyil, kütləviliyinə və mahiyyətinə görə də insanlığa sığmayan bəşəri cinayətdir.
Digər çıxış edənlər erməni millətçilərinin xalqımızın başına gətirdikləri müsibətlərdən, törətdikləri vəhşiliklərdən danışılaraq, bu təcavüzkar siyasətin hələ də davam etdirildiyi bildirilib.

 

Keçidlər