Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Dövlət Təhlükəsizlik Xidmətinin 100 illik yubileyi qeyd olunub

28 mart 2019 | 11:00

Ağdam Rayon Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin iclas zalında Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Dövlət Təhlükəsizlik Xidmətinin Ağdam Rayon Şöbəsinin rəhbərliyi və əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək respublikanın ictimai-siyasi həyatında, dövlətçiliyin qorunmasında, ölkədə sabitliyin bərqərar olmasında Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rolunun əvəzedilməz olduğunu bildirib.
Tədbirdə digər çıxış edənlər Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixindən, inkişaf mərhələlərindən və keçdiyi şərəfli yoldan ətraflı söhbət açıblar.
Yekunda xidmətdə fərqlənmiş Dövlət Təhlükəsizlik Xidmətinin Ağdam Rayon Şöbəsinin bir sıra əməkdaşları Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

 

Keçidlər