Narkomaniya və dini radikalizm ilə mübarizə mövzusunda növbəti tədbir
Martın 15-də Ağdam rayon 18 saylı tam orta məktəbdə Ağdam rayon İcra Hakimiyyəti və rayon Polis Şöbəsi ilə birlikdə müasir dövrümüzdə bəşəriyyətin bəlası olan narkomaniya və dini radikalizm ilə mübarizə mövzusunda tədbir keçirilib.
Tədbirdə Ağdam rayon İcra Hakimiyyəti Hüquq şöbəsinin müdiri Tahir Abbasov, Ağdam rayon Polis Şöbəsinin rəis müavini Tofiq Quliyev, 18 saylı məktəbin direktoru və başqaları çıxış edərək narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər haqqında danışıblar.
Bildirilib ki, tədbirin keçirilməsində məqsəd gənclərə əsrin bəlasını tanıtdırmaq, onları narkomaniyaya və dini radikalizmə qarşı mübarizə və sağlam həyat tərzi mövzusunda maarifləndirməkdir.
Tədbirdə çıxış edənlər son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli güclənməsindən, dövlət orqanlarının bu sahədəki fəallığının xeyli artığını və sosial bəlaya qarşı aparılan mübarizədə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.