8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə Ağdam rayon İcra Hakimiyyəti tərəfindən bayram tədbiri təşkil edilib
8 mart Beynəlxalq Qadınlar bayramı münasibətilə Ağdam rayonunda bayram tədbiri keçirilib. Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə çalışan qadınlar, şəhid ailələri iştirak edib. Bayram tədbirində çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov bu gözəl bayram münasibəti ilə bütün qadınları təbrik edərək, onlara işlərində müvəfəqiyyətlər arzulayıb. Digər çıxış edənlər qadınları 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edərək bu günün tarixi barədə fikirlərini bildirmişlər. Vurğulayıblar ki, 100 il əvvəl Sosialist Qadınların Kopenhagendə keçirilən ikinci konfransında qəbul edilmiş bu qərar ilk dəfə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. Hazırda bu bayram dünyanın bir çox ölkələrində, o cümlədən ölkəmizdə geniş qeyd olunur. Çıxışlarda Azərbaycan qadınınin həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbiçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş bir ana, vəfalı həyat yoldaşı kimi bütün vəzifələrin öhdəsindən gəlməyə qadir olduğu bildirilib. Bayram tədbirdə iştirak edən qadınlara bayram hədiyyələri təqdim edilib. Tədbir konsert proqramı ilə davam etdirilib.