Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Əfətli İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin Hacıməmmədli kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirib

22 fevral 2019 | 11:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənovun Əfətli İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyinin Hacıməmmədli kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi səyyar-görüşdə rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli üçün  həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib.
Kənd sakinlərindən Nargilə Həsənova, Hüseynalı Həsənov, Mahir Əliyev, Nizami Gözəlov, Behbud Məmmədov, Qaraxan Əliyev və başqaları əhalinin həyat şəraiti,  rayonda gedən sosial-iqtisadi inkişafdan təmas xəttində yerləşən kəndlərin daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə edərək  bəzi problemlərinin olması barədə məlumat veriblər. Sakinlər çıxışlarında kəndə telefon xəttinin çəkilməsinə, Uşaq baxçası və tibb məntəqəsi üçün binanın tikilməsinə, İçməli və suvarma suyu üçün artezian quyusunun qazılmasına, qəzalı vəziyyətdə olan yaşayış evlərinin təmir olunmasına, iş, sosial məsələlər və  digər şəxsi problemlərin həll olunmasına ehtiyaclarının olduğu diqqətə çatdırılıb.
Vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsi rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov  tərəfindən  yerində həll edilib, digər məsələlərin həlli istiqamətində isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerində göstərişlər verilərək onların həlli nəzarətə götürülmüşdür.

 

Keçidlər