Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Birinci Alıbəyli köçkün qəsəbə sakinləri ilə növbəti səyyar-qəbul görüşü keçirilib.

15 fevral 2019 | 11:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Birinci Alıbəyli köçkün qəsəbə sakinləri ilə növbəti səyyar-qəbul görüşü keçirilib.
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu bildirdi.
Qəsəbə sakinlərindən Baxşəliyeva Sənubər, Nəsirova Kubra, İsmayılov Qənimət, Məmmədova Şərqiyyə və başqaları əhalinin həyat şəraiti,  rayonda gedən sosial-iqtisadi inkişafdan,  kənd və qəsəbələrin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə edərək  bəzi problemlərinin olması barədə məlumat veriblər. Sakinlər çıxışlarında qəsəbədə içməli su xəttlərinin dəyişdirilməsinə, qəsəbəyə telefon xəttinin çəkilməsinə, sosial məsələlər və digər şəxsi prablemlərinin həllinə ehtiyac olduğu diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov  Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

Keçidlər