Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonu üzrə əhalinin növbəti tibbi müayinəsi işinə başlanılmışdır

11 fevral 2019 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin 2019-cu ilin fevral ayının 11-dən may ayının 1-dək növbəti tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığının icrası məqsədilə Ağdam Rayon İcra Hakimiyyəti başçısının müvafiq tapşırığı ilə tibbi müayinənin başlaması üçün bütün hazırlıq tədbirləri həyata keçirilmişdir.
    Rayon sakinlərinin tibbi müayinə barədə məlumatlandırılması məqsədi ilə əhali arasında geniş təbliğat işləri aparılmış, uzaq kənd və qəsəbələrdə yaşayanların tibbi müayinəsi üçün səyyar həkim briqadaları yaradılmışdır. Bununla yanaşı ərazidə fəaliyyət göstərən idarə və müəssisələrdə çalışan işçilərin qrafikə əsasən ərazi üzrə poliklinikaya və tibb məntəqələrinə müraciət etmələri nəzərdə tutulmuşdur.
   Tibbi müayinənin aparılması işinə müxtəlif ixtisaslı həkimlər cəlb olunmuşlar.
   2019-cu il 11 fevral tarixində Ağdam Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində əhalinin növbəti tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığın icrasına başlanılmış, yüksək əhval-ruhiyyə şəraitində keçən tibbi müayinə əhali tərəfindən razılıqla qarşılanmışdır.
Müayinədən keçən rayon sakinləri onlara  göstərilən bu qayğıya görə dövlət başçısına  minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər