Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd edilib

13 fevral 2019 | 11:00

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı rayon icra hakimiyyətinin təşkilatçılığı, Dövlət xidməti rayon şöbəsi əməkdaşlarının, hüquq mühafizə və ədliyyə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzinin iclas zalında qeyd edilib.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin rəisi Elxan Feyziyev Dövlət Xidmətinin keçdiyi qısa yoldan və Ağdam şöbəsinin fəaliyyətindən danışıb.
Daha sonra çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Dövlət xidmətinin rayon şöbəsi əməkdaşlarının timsalında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bütün şəxsi heyətini  peşə bayramı münasibətilə təbrik edib, onlara dövlətə, orduya, xalqa xidmətdə yeni-yeni uğurlar arzulayıb.

Digər çıxış edənlər  xidmət əməkdaşlarını təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıblar.
Tədbirin sonunda  şöbənin iki nəfər əməkdaşı rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif ediliblər.

Keçidlər