Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Birinci Quzanlı köçkün qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib

01 fevral 2019 | 11:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Birinci Quzanlı köçkün qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Hüquq-mühafizə, təhsil, səhiyyə, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə ölkənin və rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.
Qəsəbə sakinləri çıxışlarında  əhalinin həyat şəraiti,  ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan köçkün qəsəbələrin də daim diqqət mərkəzində saxlanılmasından, razılıqlarını ifadə edərək  bəzi problemlərinin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında qəsəbədə içməli suya, qəsəbə yolunun təmir olunmasına, orta məktəbin istilik sistemi ilə təchizatına,  sosial məsələlər və digər şəxsi prablemlərinin həllinə ehtiyaclarının olduğu diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov  Vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digərlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verib və nəzarətə götürüb.

 

Keçidlər