Ağdam rayon İcra Hakimiyyəti başçısının Çəmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018 – cı ilin yekunlarıa dair hesabat yığıncağı keçirilib.
Şəhər, rayon İH başçılarının şəhər, qəsəbə, kənd və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı Ağdam rayonu İcra Hakimiyyəti başçısının Çəmənli kənd inzibati ərazi dairələri üzrə nümayəndəliyində hesabat yığıncağı keçirilmişdir
Hesabat yığıncağında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Hesabat məruzəsi ilə çıxış edən Çəmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mobil Quliyev hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat verib.
Mobil Quliyev məruzəsində bildirib ki, mütəmadi olaraq nümayəndəliyin ərazisinə qeydiyyata düşən və ərazidən qeydiyyatdan çıxan şəxslərə dair məlumatlar ev təsərrüfatlarının uçotu kitabına işlənilmiş, xarici ölkələrdə və respublikanın müxtəlif yerlərində yaşayan, hərbi xidmətdə olanların siyahıları dəqiqləşib
Daha sonra 2019-cu ildə görüləcək işlər barədə danışan Mobil Quliyev rayon rəhbərliyinin qayğısı ilə 2019-cu ildə görüləcək işlərə hər il olduğu kimi bu il də tərəfimizdən ciddi yanaşılacaq və tapşırılan işləri yüksək məsuliyyətlə yerinə yetirəcəyik.
Hesabat iclasında çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi ,iqtisadi ,sosial yüksəliş strategiyasıdan danışdı. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı yerli nümayəndəliklərlə sakinlər arasında olan əlaqənin daha sıxlaşdırılması üçün görülən işlərdən danışaraq bu əlaqənin daha da artırılamsını və sakinlərin problemləri ilə yerində maraqlanmalı olduqlarını diqqətə çadırdı. Hesabat yığıncağından sonra rayon İcra Hakimiyyətinin başçısı şəhid anası Gülxar Fərəcovanın evində olmuş, onunla görüşərək vəziyyəti ilə maraqlanmışdır. Şəhid anasının yaşadığın evin cəbhə xəttinə yaxınlığını və müəyyən qədər təmirə ehtiyacı olduğunu nəzərə alaraq evin təmir olunması üçün lazımı köməklik olunacağını bildirdi.