Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Bakı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbəsində məcburi köçkün şəhərciyində müvəqqəti məskunlaşan Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib

25 yanvar 2019 | 11:00

yanvarın 25-də Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Bakı şəhəri Qaradağ rayonu Müşviqabad qəsəbəsində məcburi köçkün şəhərciyində müvəqqəti məskunlaşan Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib.
Təhsil, səhiyyə,  mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə ölkəmizin və rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.
Məcburi köçkün sakinlərdən Nəsibə Hüseynova, Pərviz Aslanov, Cəfər Hacıyev, Baxış Əsədov və başqaları əhalinin həyat şəraiti,  ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan qaçqın və məcburi köçkünlərimizin  də daim diqqət mərkəzində saxlanılmasından, digər yerlərdə olduğu kimi respublika ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün insanlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək  bəzi problemlərin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında müvəqqəti yaşadıqları qəsəbədə xeyir-şər məclislərinin keçirilməsi üçün xeyir-şər evinin tikilməsinə, sakinlərin gediş – gəlişinin rahatlığı üçün avtobus dayanacağının quraşdırılmasına  və digər məsələlərinin həllinə ehtiyac olduğu diqqətə çatdırılıb. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov  Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb. Bildirib ki, qaldırılan hər iki məsələ qısa zamanda öz həllini tapacaq.

Keçidlər