Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Sarıcalı kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirib
yanvarın 18-də Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Sarıcalı kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi səyyar-görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu bildirdi.
Kənd sakinlərindən Quliyeva Zərifə, Qəhrəmanova Ağgül, İsmayılova Xədicə, Rzayev Şahmar və başqaları əhalinin həyat şəraiti, rayonda gedən sosial-iqtisadi inkişafdan kəndlərin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə edərək bəzi problemlərinin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında Sarıcalı kənd Uşaq baxçasının və tam orta məktəbinin təmirinə, qəzalı vəziyyətdə olan yaşayış evlərinin təmir olunmasına, şagirdlərin məktəbə təhlükəsiz gediş-gəlişi üçün asvalt yolun kənarı ilə piyada səkisinin çəkilməsinə, sosial məsələlərin və digər şəxsi problemlərin həll olunmasına ehtiyacları olduğu diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov Vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsinin yerində həll edib, digər məsələlərin həlli istiqamətində isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə göstərişlər verib, onların həlli üçün verilən tapşırıqlar nəzarətə götürülüb.