Ağdam rayon Mexaniki Suvarma İdarəsinin 2018 – cı ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
Ağdam Mexaniki Suvarma İdarəsinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir
Hesabat yığıncağında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov, bir sıra müəssisə və təşkilatların rəhbərləri, idarənin işçiləri iştirak ediblər.
Hesabat məruzəsi ilə çıxış edən Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat verib.
Hafiz Əzimzadə məruzəsində bildirib ki, mütəmadi olaraq idarənin xidməti sahəsində olan suvarma sistemlərinin normal işləməsi üçün yüksək səviyyədə nəzarət olunub, hər hansısa səbəbdən dayanmış qurğular vaxdında yenisi ilə əvəzlənmiş və təsərrüfatın suya olan tələbatı tam ödənilib. Bundan başqa ayrı-ayrı vətəndaşların suvarma suyu ilə təminatında yaranan bütün çətinliklərin aradan qaldırılması üçün tapşırıqlar verilmiş və onların operativ həlli nəzarətdə saxlanılıb.
Daha sonra 2019-cu ildə görüləcək işlər barədə danışan Hafiz Əzimzadə bildirib ki, rayon rəhbərliyinin qayğısı ilə 2019-cu ildə görüləcək işlərə hər il olduğu kimi bu il də tərəfimizdən ciddi yanaşılacaq və tapşırılan işləri yüksək məsuliyyətlə yerinə yetirəcəyik.
Hesabat iclasında çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi ,iqtisadi ,sosial yüksəliş strategiyasıdan danışdı. Rayon İcra Hakimiyyətinin başçısı idarə və müəssisələrlə vətəndaşlar arasında olan əlaqənin daha sıxlaşdırılması üçün görülən işlərdən danışaraq sakinlərin problemləri ilə operativ maraqlanmalı olduqlarını diqqətə çadırdı.