Ağdam rayon İcra Hakimiyyətinin başçısı ''İLİN İCRA BAŞÇISI” seçilib
İCMAL.az Analitik Təhlil Mərkəzi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) "İLİN İCRA BAŞÇISI” və "İLİN RAYONU” nominasiyaları üzrə sorğusunu növbəti dəfə uğurla yekunlaşdırıb. Sorğunun nəticəsinə görə "İLİN İCRA BAŞÇISI” Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsənov Vaqif Bəhram oğlu seçilib.
Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.Sevindirici məqamlardan biri də ondan ibarətdir ki, regionlar arasında müsbət mənada ciddi rəqabət başlayıb. Bu sözləri açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib: "Bu rəqabəti dəyərləndirmək, cəmiyyətdə bu istiqamətdə marağı artırmaq, Hökümək təşkilatları ilə Qeyri-Hökümət təşkilatları arasında əlaqələri daha da inkişaf etdirmək məqsədi ilə İCMAL.az Analitik Təhlil Mərkəzi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası "İLİN İCRA BAŞÇISI” nominasiyası üzrə sorğunusunu başa vurdu. "İLİN İCRA BAŞÇISI” nominasiyası üzrə Sorğunun qalibi Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsənov Vaqif Bəhram oğlu oldu. Mübarizə dürüst və fasiləsiz oldu. İCMAL.az Analitik Təhlil Mərkəzi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Ağdam rayonun icra başçısı Vaqif Həsənovla görüşüb və diplomu təqdim edib. Ağdam rayonun icra başçısı təşkilat olaraq bu səsverməni təşkil edənlərə və ona yüksək etimad göstərərək bütün səs verənlərə öz təşəkkürünü bildirmiş, gələcək fəaliyyətinin daha da yüksək səviyyədə olması üçün çalışacağını bildirmişdir. Qeyd etmişdir ki, bu kimi mükafatlar onun gələcək iş fəaliyyətinə əlavə bir stimul olacaqdır.