Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamın İmamqulubəyli kəndində tibb məntəqəsi istifadəyə verilib

24 dekabr 2018 | 11:00

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Ağdam rayonunun İmamqulubəyli kəndində yeni inşa olunmuş tibb məntəqəsi istifadəyə verilib.
Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov sakinləri əlamətdar hadisə münasibətilə təbrik edib, tibb müəssisəsinin istifadəyə verilməsinin kənd sakinləri üçün önəmini vurğulayıb.
Rayon icra hakimiyyətinin başçısı Ağdam rayonunda bütün sahələr kimi, səhiyyənin də maddi-texniki bazasının müasirləşdirilməsi, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, son illər rayon mərkəzi xəstəxanası, uşaq xəstəxanası, doğum evi, təcili və təxirəsalınmaz tibbi yardım stansiyası üçün binalar tikilib istifadəyə verilib, poliklinika şöbəsi əsaslı təmir olunub, səhiyyə müəssisələri müasir avadanlıqlarla təmin edilib.
Tədbirdə çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda iştirakçılar tibb məntəqəsində yaradılan şəraitlə tanış olublar. Lazımi avadanlıqla təmin olunmuş binada əhaliyə tibb xidməti göstərmək üçün hər cür şərait yaradılıb.

Keçidlər