Şriftin ölçüsü :

Saytın rəngi :

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Bərdə rayonu ərazisində salınmış qəsəbədə məskunlaşmış məcburi köçkünlərlə görüşüb

17 dekabr 2018 | 11:00

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bərdə rayonu ərazisində salınmış qəsəbədə məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə tanış olub. Görüşdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və komitənin yüksək vəzifəli şəxsləri, qəsəbədə sakinləri olan köçkün inzibati ərazi dairəsi nümayəndələr iştirak ediblər.
Çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov məcburi köçkünlərə gösdərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyeva təşəkkürünü bildirərək qeyd etmişdir ki, məhz onların diqqəti nəticəsində köçkünlərimizin mənzil məişət və həyat şəraiti günü gündən yaxşılaşır.
Daha sonra Məcburi köçkünlərin mənzil-məişət problemləri barədə komitə sədrinə ətraflı məlumat verilib. Onların müraciətləri diqqətlə dinlənilib, sualları cavablandırılıb.
Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərini ölkədə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib, onların məşğulluğunun, maddi rifahının yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür. Sakinlər içməli su və digər xırda probleçlərinin olması barədə fikirlərini bildiriblər. Komitə sədri görüşdə qaldırılmış məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

Keçidlər