Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Bənövşələr köçkün qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Bənövşələr köçkün qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.
Qəsəbə sakinlərindən Gülməmmədov Rəhim, Əliyeva Səlminaz, Quliyeva Güllər, Haqverdiyev Məhəmməd, Əliyev Dərgah, Hüseynov Firdovsi və başqaları əhalinin həyat şəraiti, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan köçkün qəsəbələrin də daim diqqət mərkəzində saxlanılmasından, razılıqlarını ifadə edərək bəzi problemlərinin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında qəsəbədə içməli su xəttinin yenisi ilə əvəzlənməsi, sosial məsələlər və digər şəxsi prablemlərinin həllinə ehtiyac olduğu diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov Vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digərlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib və nəzarətə götürülüb.