Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi minlərlə insanın ziyarətgahına çevrilib

12 dekabr 2018 | 11:00

Xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində olan Ağdam rayonunda da dərin hörmət və ehtiramla anılıb.
Ümummilli Liderin Quzanlı qəsəbəsindəki abidəsi minlərlə insanın ziyarətgahına çevrilib. Ağdamlılar dahi şəxsiyyətin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Mərasimə gələnlər – Rayon İcra Hakimiyyətinin və İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliklərin əməkdaşları, İdarə, Müəssisə və Təşkilatların işçiləri, YAP rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının əməkdaşları, əmək kollektivləri, ziyalılar, ağsaqqallar, veteranlar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri dahi şəxsiyyətə sonsuz sevgi və ehtiramlarını bildirərək, ruhu qarşısında baş əyib, Ulu Tanrıdan ona rəhmət diləyib, haqqında iftixar hissi ilə söz açıblar. Bildirilib ki, on beş il öncə əbədiyyətə qovuşan Heydər Əliyevin əziz xatirəsi ağdamlıların qəlbində daim yaşayacaq, heç vaxt yaddaşlardan silinməyəcək.
Gülqoyma mərasimindən sonra Ağdam Dövlət Dram Teatrında davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

 

Keçidlər