Ağdamda gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir
12 fevral 2013 | 11:00
Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, mərasimdə çıxış edənlər əsgərləri əlamətdar gün münasibətilə təbrik etmiş, Vətən layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər. Sonra gənc əsgərlər təntənəli surətdə and içmiş, Vətənin keşiyində mətin dayanacaqlarına söz vermişlər. Hərbi hissənin şəxsi heyəti təntənəli marşın sədaları altında tribunanın önündən keçmişdir. Mərasim Ağdam rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı konsert proqramı ilə başa çatmışdır.