Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Çəmənli kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirib

30 noyabr 2018 | 11:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Çəmənli kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi səyyar-görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu bildirdi.
Kənd sakinlərindən Abdullayeva Gülsarə, Musayev Mirsiyaf, Qəhrəmanov Şərif, Musayeva Mətanət, Quliyev Rəfail, Dadaşova Sevda, Bayramov Bayram, Quliyeva Validə və başqaları əhalinin həyat şəraiti,  rayonda gedən sosial-iqtisadi inkişafdan kəndlərin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə edərək  bəzi problemlərinin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında kəndə telefon və internet şəbəkəsi xəttinin çəkilməsinə, Sarıhüseynli kənd Uşaq baxçasının təmirinə, İçməli su probleminin həll edilməsinə, qəzalı vəziyyətdə olan yaşayış evlərinin təmir olunmasına, məvaciblərini rahat almaları üçün kənddə bankomatın quraşdırılmasına, kənd mədəniyyət evinin təmirinə, Çəmənli kənd uşaq baxçasının istilik sisteminin təbii qazla təmin olunmasına, sosial məsələlərin və  digər şəxsi problemlərin həll olunmasına ehtiyacları olduğu diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov  Vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsinin  yerində həll edib, digər məsələlərin həlli istiqamətində isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə göstərişlər verib, onların həlli üçün verilən tapşırıqlar nəzarətə götürülüb.

 

Keçidlər