Alpaqut Turan döyüş sənəti üzrə dünya çempionatında medal qazanan ağdamlı idmançılarla görüş keçirilib
Ağdam Rayon İcra Hakimiyyətində alpaqut Turan döyüş sənəti üzrə ilk dünya çempionatında uğurlu nəticələr əldə edən ağdamlı idmançılarla görüş keçirilib.
Azərbaycan Alpaqut Federasiyasının baş katibi Etibar Toğrul noyabrın 24-25-də Bakı şəhərində keçirilən çempionatda qazanılan uğurdan danışıb. Bildirib ki, 18 ölkədən 500-dək idmançının iştirak etdiyi yarışda Ağdam rayonundan 9 idmançı Azərbaycan milli yığma komandasının tərkibində ölkəmizi təmsil edib. Çempionatda ağdamlı idmançılardan 7-si qızıl, 2-si isə bürünc medal qazanıb. İdmançıların müəllimi Kənan Quliyev də qızıl medalla təltif edilib.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov idmançıları və onların müəllimini qazandıqları uğura görə təbrik edib, müvəffəqiyyətlər arzulayıb.