Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Bakı şəhəri Xəzər rayonu ərazisində müvəqqəti məskunlaşan Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib

23 noyabr 2018 | 11:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Bakı şəhəri Xəzər rayonu ərazisində müvəqqəti məskunlaşan Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar qəbul-görüş keçirib. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət komitəsinin nümayəndəsi, Təhsil, səhiyyə,  mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.
Məcburi köçkün sakinlərdən Quliyev Rəşad, Əsgərova Tərlan, Quliyev Mehman, Xudiyev Ramiz, Eyvazova Əfsanə və başqaları əhalinin həyat şəraiti,  ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan qaçqın və məcburi köçkünlərimizin  də daim diqqət mərkəzində saxlanılmasından, respublika ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün insanlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək  bəzi problemlərin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında müvəqqəti yaşadıqları binaların təmirə ehtiyacı olduğunu,  işlə təmin olunmaq, sosial problemlər və digər məsələlərinin həllinə ehtiyac olduğu diqqətə çatdırılıb. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov  Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

Keçidlər