Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Əhmədağalı kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirib

16 noyabr 2018 | 11:00

 Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Əhmədağalı kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi səyyar-görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu bildirdi.
Kənd sakinlərindən Habil Səfərov, Novruz Əhmədov, Ziyəddin Səlimov, Hamlet Vəliyev, Şərif Əliyev, Firdovsi Həsənov və başqaları əhalinin həyat şəraiti,  rayonda gedən sosial-iqtisadi inkişafdan kəndlərin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə edərək  bəzi problemlərinin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında əkin sahələrinin vaxdında suvarılması üçün kənddə yeni subartezian quyusunun qazılmasına, kənd Uşaq baxçasının təmirinə, İçməli su probleminin həll edilməsinə, yaşayış evlərinin təmir olunmasına və digər sosial məsələlərinin  həll olunmasına ehtiyacları olduğu diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov  Vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsinin  yerində həll edib, digər məsələlərin həlli istiqamətində isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə göstərişlər verib, onların həlli üçün verilən tapşırıqlar nəzarətə götürülüb.

 

 

Keçidlər