Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunun ağsaqqalları gənclərə vətənpərvərlik ruhunun aşılanmasında fəal iştirak edirlər

09 fevral 2013 | 11:00

Respublika Ağsaqqallar Şurası Ağdam rayon təşkilatının konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, Quzanlı qəsəbəsindəki mədəniyyət evində keçirilən tədbirdə rayon təşkilatının sədri Sədrəddin Ələsgərovun məruzəsi dinlənilmiş, çıxışlar olmuşdur. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev həmişə ağsaqqalları uca tutmuş, onlara yüksək diqqət və qayğı göstərmişdir. Ümummilli liderin bu istiqamətdə fəaliyyəti hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Konfransda son illərdə rayonda gedən sosial-iqtisadi inkişafdan, aparılan geniş tikinti-quruculuqdan, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs olunmuş, Quzanlı qəsəbəsində Ağsaqqallar evinin inşa edildiyi diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, 150 nəfər üzvü olan Ağdam rayon təşkilatı mütəmadi olaraq gənclərlə və hərbi hissələrdə əsgərlərlə görüşlər keçirir, onlara vətənpərvərlik ruhunun aşılanmasında fəal iştirak edirlər.
Konfransda təşkilatın yeni tərkibi, sədri və Respublika Ağsaqqallar Şurasının VI qurultayına nümayəndə seçilmişdir.
Rəsmi hissədən sonra “Şur” ansamblının konserti olmuşdur.
 

Keçidlər