Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Mingəçevir şəhərində məskunlaşan Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar görüş keçirib.

30 oktyabr 2018 | 11:00

Oktyabrın 30-da Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Mingəçevir şəhərində məskunlaşan  Ağdamlı məcburi köçkünlərlə növbəti səyyar görüş keçirib.
Təhsil, səhiyyə, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə ölkənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.
Məcburi köçkünlərdən Tehran Əliyev, Eldar Əliyev, Sevinc Hüseynova, Telli Aslanova, Vaqif İsmayılov və başqaları əhalinin həyat şəraiti,  ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan, məcburi köçkünlərin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə edərək  bəzi problemlərin olması barədə də məlumat veriblər. Məcburi köçkünlərin Çıxışlarında xeyir-şər mərasimlərinin keçirilməsi üçün mağarla təmin olunmalarına, bir neçə sakin şəhərdən kənarda məskunlaşdıqları yerə təbii qazın çəkilməsinə kömək edilməsinə, ayrı təsərrüfat olmaları üçün köməklik olunmasına, sosial məsələlər və digər məsələlərinin həllinə ehtiyaclarının olduğu diqqətə çatdırılıb. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov  Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb

Keçidlər