Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Birinci Dördyol köçkün qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib.

26 oktyabr 2018 | 11:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Birinci Dördyol köçkün qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.
Qəsəbə sakinlərindən Əlizamanov Niyaz, Məstanov Qabil, Seyidov Telman, Quliyev Vaqif, Rzayeva Nazənin, Yusifov Elgiz, Quliyev Azər və başqaları əhalinin həyat şəraiti,  ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan köçkün qəsəbələrin də daim diqqət mərkəzində saxlanılmasından, razılıqlarını ifadə edərək  bəzi problemlərinin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında qəsəbədə içməli su üçün artezian quyusunun qazılmasına, evlərinin təmir olunmasına, qəsəbədə fəaliyyət göstərən sahə xəstəxanasına ixtisaslı həkimlərin verilməsinə,  sosial məsələlər və digər prablemlərinin həllinə ehtiyac olduğu diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov  Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

Keçidlər