Ağdamlı gənclərin Əkrəm Əylislinin “Daş yuxular” əsərinə etiraz bəyanatı
Qarabağ müharibəsində ən çox şəhid vermiş və ruhlar şəhərinə çevrilmiş Ağdam rayonunun 50 mindən çox gənci son zamanlar ölkə gündəmində müzakirə olunan, Azərbaycan xalqına qarşı qərəzli və birmənalı mövqe tutan, başına gətirilmiş faciələri inkar edərək düşmən dəyirmanına su tökən “Daş yuxular” “əsərinə” əgər əsər demək günah deyilsə və onun müəllifi Əkrəm Əylisliyə qəti etirazını bildirir.
Bu “əsəri” ermənilərin bizə qarşı törətdikləri amansızlıqların tam əksini qələmə alan “xalq yazıçısı” kimi şərəfli bir titulu daşıyan şərəfsizin milliyətcə azəri türkü olmasına şübhə yaradır. 1905-1915-ci illərdə, 1918-ci ildə, 1948-53-cü illərdə, 1988-ci ildə soydaşlarımıza və nəhayət 1992-ci ildə Xocalıda həmvətənlərimizə qarşı çox amansız bir soyqırım törədən ermənilərə açıqcasına dəstək verən Əkrəm Əylisli yaramaz insandır.
Əgər sizin oğlunuz Qarabağ döyüşlərində şəhid olsaydı, sizin kəndinizi, rayonunuzu ermənilər talan etsəydi, bizim kimi didərgin olub çöllərə düşsəydiniz “əsərinizin” məzmunu tam başqa cür olardı. Bütün bunlar sizin vecinizə də deyil. Sanki bu faciəni yaşayan insanlar sizin millətinizdən deyil. Yəqin ki, ruhunuzu ermənsitana köçürmüsünüz.
Ara – sıra mətbuatda sizə dəstək verənləri izləyirik. Onlar da sizin tayınızdır. Biz ağdamlılar sizə və sizi müdafiə edənlərə nifrət edirik!
Əkrəm, siz kiminsə təsiri altında piylənib öz xalqına, vətəninə qeyri-obyektiv və xaincəsinə fikir nümayiş etdirdiniz, böyük türk dünyasına ləkə oldunuz. Kaş ki, siz heç anadan olmayaydınız, olub da bu yurdun xalq yazıçısı adını daşımayaydınız!
Ağdamlı gənclər olaraq, Azərbaycana düşmən qüvvələrin sifarişi ilə hansısa beynəlxalq mükafatın alınmasına görə belə bir həssas mövzuda “roman” yazaraq ömrünün ahıl çağında ən azı öz vicdanı və namusu qarşısında məsuliyyət daşımayan, şəhidlərimizin, əlillərimizin, qaçqın və məcburi köçkünlərimizin haqlarını tapdalayan “xalq yazıçısı”na qəti etiraz edir və onun bu addımını vətənə xəyanət kimi qiymətləndiririk.
Yerniz cəhənnəm olsun!