Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Xındırıstan kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirib
Oktyabrın 19-da Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Xındırıstan kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi səyyar-görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu bildirdi.
Kənd sakinlərindən Cəbrayıl İsmayılov, Talış Bayramov, Müşkünaz Hacıyeva, Gülpəri Məmmədova, Dilqəm Əhmədov və başqaları əhalinin həyat şəraiti, rayonda gedən sosial-iqtisadi inkişafdan kəndlərin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə edərək bəzi problemlərinin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında əkin sahələrinin vaxdında suvarılması üçün kənddə yeni subartezian quyusunun qazılmasına, tibb məntəqəsinin əsaslı təmirinə, avtomobillərin sıx hərəkətini nəzərə alaraq asvalt yolun kənarında piyadaların rahat gediş-gəlişi üçün səkinin salınmasına, ictimai binalarda çətin şəraitdə məskunlaşan bir neçə məcburi köçkün sakin isə evlə təmin olunmalarına ehtiyacları olduğu diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib, onların həlli üçün verilən göstərişlər nəzarətə götürülüb.