Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsi Ağdam rayonunda regional müşavirə keçirmişdir

09 oktyabr 2018 | 11:00

Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin və Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə 09 oktyabr 2018-ci il tarixində  Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Mülki müdafiənin mövcud vəziyyəti, problemlər və qarşılıqlı fəaliyyət“ mövzusunda regional müşavirə keçirilmişdir. Tədbirdə Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi general-mayor Niyazi Zamanov, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Regonal Mərkəzin xidməti ərazisində fəaliyyət göstərən rayonların Fövqəladə Hallar Komissiyalarının sədrləri, yerli idarə, müəssisə və təşkilatların rəhbərləri, mülki müdafiəyə cavabdeh şəxslər iştirak etmişlər.
Toplantının keçirilməsində əsas məqsəd region ərazisində mülki müdafiə işinin mövcud vəziyyətinin təhlil edilməsi, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndiriməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, sözügedən sahə ilə bağlı biliklərin təbliği və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması olmuşdur. 
Müşavirədə Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi general-mayor Niyazi Zamanov, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev çıxış edərək,  görülmüş işlərdən danışmış, qarşıda duran həlli vacib vəzifələrdən söz açmışlar.
Daha sonra region ərazisində mülki müdafiə işinin təşkil olunması ilə bağlı mövcud çatışmazlıqlar barədə fikir mübadiləsi aparılmış, nöqsanların aradan qaldırılması istiqamətində təkliflər səsləndirilmişdir.

Keçidlər