Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Sumqayıt şəhərində məskunlaşan Ağdamdan olan məcburi köçkünlər ilə növbəti səyyar qəbul-görüşü keçirib.

05 oktyabr 2018 | 11:00

Oktyabrın 5-də Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Sumqayıt şəhərində məskunlaşan Ağdamdan olan məcburi köçkünlər ilə səyyar qəbul-görüş keçirib.
Təhsil, mədəniyyət, köçkün inzibati ərazi dairəsi nümayəndələrin və digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə respublikanın sosial-iqtisadi inkişafı, məcburi köçkün əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı keçirilən bu cür səyyar qəbul-görüşlərin məcburi köçkün əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib.
Məcburi köçkün sakinlərindən  Vasif Eyvazov, Tahir Əliyev, Rahilə Əsədova, Vüqar Əliyev, Firuzə Cəbrayılova, şəhid ailəsi Raxşəndə Kərimzadə və başqaları əhalinin həyat şəraiti,  respublikada gedən sosial-iqtisadi inkişafdan məcburi köçkünlərin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə edərək  bəzi problemlərin olması barədə də məlumat veriblər. Sakinlər Çıxışlarında əsasən mənzil şəraitlərinin ağır olduğunu və evlə təmin olunmalarına, sosial məsələlər və digər problemlərinin öz həllini tapmasına ehtiyac olduğu diqqətə çatdırılıb. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov  Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində bildirib ki, Sumqayıt şəhəri ərazisində ictimai binalarda və xüsusi ağır şəraitdə yaşayan sakinlər üçün tikilən binalardan evlə təmin olunmaları üçün lazımi işlər aparılmış və onların bu probleminin həllinə nail olunacaq. Digər məsələlərin həlli üçün isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

Keçidlər