Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov İkinci Alıbəyli köçkün qəsəbə sakinləri ilə görüş keçirib.
Oktyabrın 4-də Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun İkinci Alıbəyli köçkün qəsəbə sakinləri ilə görüşü keçirib.
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu bildirdi.
Qəsəbə sakinlərindən Abbasova Nəcibə, Abbasov Rəbiş, Mustafayev Quluş, Əbdürrəhmanov eldəniz, Rüstəmova Gülşən və başqaları əhalinin həyat şəraiti, rayonda gedən sosial-iqtisadi inkişafdan kəndlərin də daim diqqət mərkəzində saxlanılmasından, razılıqlarını ifadə edərək bəzi problemlərinin olması barədə də məlumat veriblər. Sakinlər çıxışlarında qəsəbədə içməli su üçün artezian quyusunun qazılmasına, yüksək gərginlikli elektrik xəttinin yerinin dəyişdirilməsi, sosial məsələlər və digər prablemlərinin həllinə ehtiyac olduğu diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.