Ağdam rayonu İmamqulubəyli kəndində yeni Tibb Məntəqəsinin inşasına başlanılıb
Ağdam rayonunda bütün sahələrlə yanaşı, səhiyyə sahəsinə də diqqət və qayğı göstərilir. İstər rayon mərkəzində, istərsə də kəndlərdə əhalinin sağlamlığının keşiyində dayanılması üçün zəruri tədbirlər görülür.
Bu gün rayonun İmamqulubəyli kəndində yeni həkim məntəqəsinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və İcra Aparatının məsul işçiləri, rayon səhiyyə şöbəsinin rəhbərliyi, kənd sakinləri iştirak edib.
İcra Hakimiyyətinin Başçısı tibb məntəqəsinin təməlqoyma tədbirində çıxış edərək, ölkə rəhbəri cənab İlham Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıdan, o cümlədən əhalinin normal qaydada tibbi xidmətlərdən yararlanması üçün verdiyi tapşırıqlardan, gördüyü işlərdən danışmışdır. Bildirmişdir ki, toplaşdığımız həkim məntəqəsi rayon İcra Hakimiyyəti təşəbbüsü ilə tikilir və müasir avadanlıqlarla tam təmin olunaraq qısa zamanda əhalinin istifadəsinə veriləcəkdir.