Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Üçoğlan kənd sakinləri ilə görüş keçirib.

28 sentyabr 2018 | 11:00

Sentyabrın 28-də Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Üçoğlan kənd sakinləri ilə növbəti səyyar-görüşü keçirib.
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi səyyar-görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu bildirdi.
Kənd sakinlərindən Yusif Səfərov, Əli Allahverdiyev, Tural Hüseynov, Firdovsi Mahmudov və başqaları əhalinin həyat şəraiti,  rayonda gedən sosial-iqtisadi inkişafdan kəndlərin də daim diqqət mərkəzində saxlanılmasından, Üçoğlan-Xındırıstan-Quzanlı kəndlər arası avtomobil yolunun asvalt örtüyü ilə çəkilməsindən  razılıqlarını ifadə edərək  bəzi problemlərinin olması barədə də məlumat veriblər. Sakinlər Çıxışlarında kənddə yeni subartezian quyusunun qazılmasına, əvvəllər fəaliyyət göstərən lakin sonradan ixtisaslı kadr çatışmazlığı ucbatından fəaliyyəti dayandırılan tibb məntəqəsinin yenidən fəaliyyətə başlamısına, Gül Baharlı kəndində İçməli su probleminin aradan qaldırılmasına, sosial məsələlər və digər prablemlərinin həllinə ehtiyac olduğu diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov  Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib, onların həlli üçün verilən tap.;r;qlar nəzarətə götürülüb.

Keçidlər