Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Əfətli kənd sakinləri ilə görüş keçirib.
Sentyabrın 27-də Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Əfətli kənd sakinləri ilə görüşü keçirib.
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu bildirdi.
Kənd sakinlərindən Ramiz Nəsirov, Təyyar Rəhimov, Əhliman Səfərov, Yavər Nəsirov, Rahib Cəfərov Zəminə Əliyeva və başqaları əhalinin həyat şəraiti, rayonda gedən sosial-iqtisadi inkişafdan kəndlərin də daim diqqət mərkəzində saxlanılmasından, Əfətli – Hacıturalı – Həsənxanlı kəndlər arası avtomobil yolunun asvalt örtüyü ilə çəkilməsindən razılıqlarını ifadə edərək bəzi problemlərinin olması barədə də məlumat veriblər. Sakinlər Çıxışlarında kənddə yeni subartezian quyusunun qazılmasına, baş su arxlarının təmizlənməsinə, sosial məsələlər və digər prablemlərinin həllinə ehtiyac olduğu diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.