Dünya Bankının nümayəndə heyyəti Ağdamda olmuşlar
Dünya Bankının nümayəndə heyyəti Ağdamda olmuşlar
18 sentyabr 2018-ci il Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı layihələri və kreditlərinin idarə edilməsi üzrə Dövlət xidməti, Dünya Bankı və ASKİL kredit təşkilatı tərəfindən həyata keçirilən “Azərbaycan Kənd İnvestisiya layihəsinin yekun tədbiri çərçivəsində qonaqlar - Özbəkistan Sahibkar Qadınlar Assosasiyasının sədri Gulnara Makmudova (Özbəkistan), Qadın Komitəsində Beynəlxalq əlaqələr Departamentinin rəhbəri Nadira Şotrusnova (Özbəkistan), Dünya Bankının İctimai İnkişaf üzrə məsləhətçisi Gulrana Tlepova (Özbəkistan), Azərbaycan Kənd İnvestisiya layihəsi üzrə Tapşırıq rəhbəri Tara Şarafudin (Hindistan), Qadın Qrupları üzrə məsləhətçi Sonali Çadhuri (Hindistan), Azərbaycan Kənd İnvestisiya layihəsinin Qarabağ regional ofis rəhbəri Əbülfət Əliyev (Azərbaycan) Ağdam rayon İcra Hakimiyyətində olmuşlar. Qonaqlar Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənovla görüşmüş, həyata keçirdikləri layihə haqqında geniş məlumat vermişlər. Bildirmişlər ki, layihə çərçivəsində rayonun Zəngişalı kəndində 14 nəfərin işləyə biləcəyi müasir avadanlıqlarla təmin olunmuş tikiş atelyesi tikilərək istifadəyə verilmişdir. Rayon İcra Hakimiyyətinin başçsı qonaqları salamlayaraq layihənin icrasının bir hissəsini Ağdam rayonuna saldıqları üçün təşəkkür edərək, Ağdam rayonu haqqında onlara geniş məlumat vermişdir. Ağdam rayon İcra Hakimiyyətinin başçısı müharibə şəraitində və düşmənlə təmas xəttində yaşayan sakinlər üçün belə iş yerlərinin açılmasının təqdirəlayiq olduğunu vurğulamışdır.