Ağdam rayonunda “Bilik günü” ilə əlaqədar tədbir keçirilmişdir
Bütün ölkə ərazisində olduğu kimi Ağdam rayonunda da “Bilik Günü” geniş qeyd edilmişdir. Keçirilən silsilə tədbirlər çərçivəsində 15 sentyabr 2018-cü il tarixdə yeni dərs ilinin başlanması və “Bilik günü” ilə əlaqədar rayon ərazisində yerləşən Qaradağlı kənd tam orta Məktəbində tədbir keçirilmişdir.
Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənov, Hüquq Mühafizə orqanlarının rəhbərləri, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsələndirilməsi ilə açıq elan olundu. Daha sonra çıxış edən məktəbin direktoru Gülnurə Məmmədova tədbir iştirakçılarını salamlayaraq təhsilə göstərilən dövlət qayğısına görə ölkə prezidenti cənab İlham Əliyevə və Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək müəllimləri və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Vaqif Həsənov həmçinin ölkəmizdə təhsilin inkişafından, müasir tələblər səviyyəsində və yüksək standartlara cavab verən yeni-yeni təhsil müəssisələrinin inşasından, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışmış, ölkə prezidenti cənab İlham Əliyevin və Birinci vitsa prezident Mehriban xanım Əliyevanın təhsil sahəsini daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulamışdır.
Tədbirin sonunda məktəblilərin ifasında xüsusi ədəbi-bədi, musiqili kompazisiya nümayiş olundu