Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Qərvənd köçkün qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirib.

14 sentyabr 2018 | 11:00

Sentyabrın 14-də Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Qərvənd köçkün qəsəbədə səyyar qəbul-görüş keçirib.
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı ölkə prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirdi.
Kənd sakinlərindən Əvəz Mikayılov, Məhərrəm Abbasov, Vaqif İsmayılov, Bakir Mehdiyev, Vahid Əliyev, Fəxrəddin Zeynalov, Vüqar Ağayev, Qara Qasımov və başqaları əhalinin həyat şəraiti,  rayonda gedən sosial-iqtisadi inkişafdan kəndlərin də daim diqqət mərkəzində saxlanılmasından, köçkün qəsəbəsinə və kəndə gedən avtomobil yolunun asvalt örtüyü ilə çəkilməsindən  razılıqlarını ifadə edərək  bəzi problemlərin olması barədə də məlumat veriblər. Sakinlər.. Çıxışlarında kənddə yeni subartezian quyusunun qazılmasına, Tibb məntəqəsinin qazla təmin edilməsinə, Qərvənd kənd orta məktəbinin istilik sisteminin təbii qaz xəttinə qoşulmasına,  Qəsəbə sakinlərinin içməli suya olan tələbatlarının təmin olunmasına, sosial müavinət və digər məsələlərinin həllinə ehtiyac olduğu diqqətə çatdırılıb. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov  Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

Keçidlər