Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Zəngişalı kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirib.

07 sentyabr 2018 | 11:00

Sentyabrın 7-də Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Zəngişalı  kəndində səyyar qəbul-görüş keçirib.
Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən icra başçısı keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib.
Kənd sakinlərindən Rahilə Rəhimova, Azər Musayev, Sudeyib Məhərrəmov, Səbuhi Əliyev və başqaları əhalinin həyat şəraiti,  rayonda gedən sosial-iqtisadi inkişafdan kəndlərin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə edərək  bəzi problemlərinin olması barədə də məlumat veriblər. Sakinlər Çıxışlarında kənddə yeni subartezian quyularının qazılmasına, Tibb məntəqəsinin təmirinə, Zəngişalı kənd tam orta məktəbinin əsaslı təmirinə, Zəngişalı kənd Mədəniyyət evinin təmirinə, Mahrızlı kənd orta məktəbinə qaz çəkilişin həyata kecirilməsinə, Zəngişalı kənd orta məktəbinə gedən yolda piyadaların rahat getməsi üçün səkinin çəkilməsinə ehtiyac olduğunu bildiriblər. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov  Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.

Keçidlər