Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunun 2018-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabatı keçirilmişdir

13 iyul 2018 | 11:00

“Ağdam rayonunun 2018-ci ilin 6 ayının sosial-iqtisadi
inkişafının  yekunları və  qarşıda duran vəzifələr barədə”
Hesabat
  
Hörmətli yığıncaq iştirakçıları!
2018-ci il iyulun 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının  yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Cənab Prezident  giriş nitqində bildirib ki, bu gün biz ilin altı ayının yekunlarını müzakirə edəcəyik, görüləcək işlər haqqında danışacağıq.
Deyə bilərəm ki, ilin altı ayında qarşıda duran bütün vəzifələr uğurla icra edildi, Azərbaycan öz dinamik inkişaf templərini saxlaya bildi. Bu il Azərbaycan həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə etmişdir.
Aprel ayında keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir. Seçkilərdə qazandığım inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq.
Seçkilərə kölgə salmaq istəyənlər isə növbəti dəfə iflasa uğradılar. Onların sönük cəhdləri Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmədi. Onların hərəkətləri cəmiyyət tərəfindən rədd edildi.
Xarici siyasətə gəldikdə, deyə bilərəm ki, bu ilin altı ayında bu sahədə böyük işlər görülmüşdür, Azərbaycan beynəlxalq əlaqələrini möhkəmləndirə bilmişdir. Qonşu dövlətlərlə bizim ənənəvi dostluq, strateji tərəfdaşlıq əlaqələri vardır. Altı ayda qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim bir neçə görüşüm olmuşdur. İlin ikinci yarısında da görüşlər nəzərdə tutulur. Bildiyiniz kimi, Azərbaycan müsəlman aləmində çox böyük hörmətə, nüfuza malik olan bir ölkədir. Keçən il elan olunmuş “İslam Həmrəyliyi İli” bu əlaqələri daha da möhkəmləndirmişdir. Bildiyiniz kimi, bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir. Müsəlman ölkələri ilə ənənəvi dostluq, qardaşlıq əlaqələri möhkəmlənmişdir.
Biz indi Avropa İttifaqı ilə yeni Saziş üzərində işləyirik. Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir.
Deyə bilərəm ki, bu ilin birinci yarısında Amerika Birləşmiş Ştatları ilə bizim əlaqələrimiz yeni mərhələyə qalxmışdır. Amerika Prezidenti cənab Donald Tramp aprel-may aylarında mənə üç məktub ünvanlamışdır. Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir. Məktublarda çox dəyərli sözlər ifadə edilmişdir və biz çox şadıq ki, bu gün Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Əminəm ki, gələcək illərdə bu əlaqələr daha da möhkəmlənəcək.
Bu il Bakıda üzvlərinin sayına görə dünyanın ikinci böyük təşkilatının – Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransı keçirilmişdir. Bu tədbirdə də bizim siyasətimizə dəstək göstərilmişdir. Gələn ildən Azərbaycan bu böyük mötəbər təşkilata sədrlik edəcək. Gələn il Azərbaycanda Zirvə görüşü keçiriləcəkdir. Bu, bir daha ölkəmizə olan hörmətin təzahürüdür. Onu göstərir ki, bizim apardığımız siyasət çox böyük rəğbət doğurur və çox böyük hörmətə layiqdir.
Qeyd etdiyim kimi, beynəlxalq əlaqələrimiz möhkəmlənir, Azərbaycanın ərazi bütövlüyünə dəstək artır. Demək olar ki, bir çox ölkələrlə imzaladığımız sazişlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması tezisi öz əksini tapır. Əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla da təmaslar əsnasında daim bu mövzu qaldırılır və bizim siyasətimiz böyük dəstək alır. Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu istiqamətdə çox böyük işlər görülüb. Xalqa bu barədə müntəzəm olaraq məlumatlar verilir, mənim hərbi hissələrə çoxsaylı səfərlərim mətbuat tərəfindən işıqlandırılır, əldə etdiyimiz texnikanın göstərilməsi müntəzəm olaraq təşkil edilir. Əlbəttə ki, bizim hərbi potensialımızın əyani sübutu ötən ay keçirilmiş hərbi paraddır. Paradda Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Bizim Ordumuz maddi-texniki, silah-sursat, texnika ilə təchizat baxımından aparıcı ordular sırasındadır və hərbi parad bunu göstərmişdir.
Eyni zamanda, Ordumuzun döyüş qabiliyyəti çox yüksək səviyyədədir və bunu yaxın tarix göstərib. 2016-cı ilin Aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi - bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir. Azərbaycan ordu quruculuğu istiqamətində inamla irəliləyir. Biz hərbi paradda potensialımızın bir hissəsini göstərmişik - həm say baxımından, həm silahların növü baxımından. Bizim böyük maliyyə ehtiyatlarımız imkan verir ki, istənilən hərbi texnikanı alaq və hazır vəziyyətə gətirək. Bu il büdcəmizə edilən dəyişikliklər, dürüstləşmə, eyni zamanda, ordu xərclərinin artırılmasına istiqamətləndirilib və gələn il də bizim hərbi xərclərimiz çox yüksək səviyyədə olacaqdır.
Bu ilin göstəriciləri isə onu deyir ki, əvvəlki illərdə apardığımız islahatlar və bu il aparılan islahatlar gözəl nəticələr verir. Mən bəzi rəqəmləri Azərbaycan ictimaiyyətinə çatdırmaq istərdim. Beləliklə, altı ay ərzində ümumi daxili məhsul 1,3 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorumuz 2 faiz artmışdır. Sənaye istehsalı 1 faiz artsa da, bu da məqbul rəqəmdir. Qeyri–neft sənayemiz 8,8 faiz artmışdır. Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir.
Kənd təsərrüfatı 7,6 faiz artmışdır. Xüsusilə bitkiçiliyi qeyd etmək istərdim. Bitkiçilik 14 faizdən çox artmışdır. 67 min yeni iş yeri yaradılmışdır. Onlardan 58 mini daimi iş yeridir. Ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulmuşdur. İnflyasiya cəmi 3 faizdir. Əhalinin pul gəlirləri 9,3 faiz artmışdır. İnflyasiyanın aşağı səviyyədə olması onu göstərir ki, ölkəmizdə makroiqtisadi sabitlik tam təmin edilir.
Xarici ticarət dövriyyəsi 35 faiz artmışdır. İxrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artmışdır. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır, əlbəttə ki, ilin sonuna qədər daha da artacaq. Bu, çox böyük rəqəmdir, bir daha onu göstərir ki, makroiqtisadi sabitlik tam təmin edilir.
Bir sözlə, əsas iqtisadi göstəricilərimiz bundan ibarətdir. Əlavə edək ki, ilin əvvəlindən valyuta ehtiyatlarımız da artıb və bu gün ölkəmizin valyuta ehtiyatları 44,3 milyard dollar təşkil edir. İlin sonuna qədər bu rəqəm daha da böyüyəcək. Bu, onu göstərir ki, biz çox inamla inkişaf edirik. İqtisadi inkişaf davam etdiriləcək. Sənaye, kənd təsərrüfatı sahələrində bu il böyük işlər görülübdür. Artıq gözəl nəticələr var. Bu barədə bir qədər sonra danışacağıq. Əminəm ki, ilin sonuna qədər yaxşı nəticələr olacaqdır. Beləliklə, ölkəmizin dinamik inkişafı təmin edilir.
Bu ilin birinci yarısında həm nəqliyyat, həm energetika sahələrində önəmli hadisələr baş vermişdir. May ayında Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilmişdir. Bu, çox böyük hadisədir. Deyə bilərəm ki, bu, keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra nəqliyyat sektorunda ikinci böyük hadisədir. Ələt limanı indi uğurla fəaliyyət göstərir. Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün bu limanın çox böyük əhəmiyyəti var.
Sosial təminat sahəsində də ciddi islahatlar aparılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi qarşısında belə vəzifələr qoyulub. Bu sahədə buraxılmış səhvlər, pozuntular tam aradan qaldırılmalıdır. Sosial ədalət tam bərqərar olmalıdır və şəffaflıq tam təmin edilməlidir.
Sosial cəhətdən az təmin edilmiş vətəndaşlara dövlət həmişə öz dəstəyini göstərəcək. Bizim siyasətimiz bundan ibarətdir və vətəndaşlar narahat olmasınlar. Dövlət həmişə onların arxasında olacaq.
Əlbəttə ki, iqtisadi islahatları dərinləşdirmək üçün biz sahibkarlardan böyük fəaliyyət gözləyirik. Dövlət sahibkarlığın inkişafına böyük dəstək verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 2,2 milyard manat güzəştli kreditlər verilmişdir. Ancaq bu kreditlər hesabına ölkəmizdə 163 min yeni iş yeri yaradılmışdır. Bu il də 170 milyon manat güzəştli şərtlərlə kreditlərin verilməsi nəzərdə tutulur
İnfrastruktur layihələri ilə bağlı dövlət investisiya proqramında nəzərdə tutulmuş bütün vəzifələr ilin sonuna qədər icra edilməlidir. Mən elektrik enerjisi ilə bağlı vəziyyət haqqında danışmaq istərdim. Bildiyiniz kimi, bu sahəyə son illərdə çox böyük diqqət göstərilmişdir.
Digər infrastruktur layihələrinə gəldikdə, deyə bilərəm ki, ilin əvvəlində qarşıya vəzifə qoymuşduq ki, qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatacaq, biz buna nail olacağıq. İçməli su layihələrinin icrası, avtomobil yollarının tikintisi davam edir. Bu il plana görə 2 min kilometr yeni avtomobil yolu salınmalıdır və minimum 600 kənd yeni yollarla təmin edilməlidir. Deyə bilərəm ki, yol infrastrukturunun səviyyəsinə görə Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan dünyada 36-cı yerdədir. Yəni, bunu deyirəm ki, ictimaiyyət də bilsin, bu sahəyə böyük investisiyalar qoyulub və qoyulacaqdır.
Suvarma ilə bağlı qarşımıza qoyduğumuz rəqəm hesab edirəm ki, təmin olunacaq, 100 min hektar yeni torpaqlara su veriləcək və 300 subartezian quyusunun qazılması nəzərdə tutulur. Burada artıq deyildi ki, onlardan 175-i qazılıb istifadəyə verilib.
Sosial infrastrukturla bağlı bütün işlər plan üzrə gedir. Bu il 137 modul tipli məktəb tikilib istifadəyə verilməlidir. Bakı şəhərində 12 məktəb əsaslı təmir edilməlidir. Altı xəstəxana istifadəyə verilməlidir. Onlardan biri Naftalan şəhərində mənim iştirakımla açıldı və beş şəhərdə - Qazax, Qobustan, Şəmkir, Quba, Goranboy şəhərlərində xəstəxanalar bu ilin sonuna qədər, ya da uzaqbaşı gələn ilin əvvəlində istifadəyə veriləcək.
İnvestisiya təşviqi mexanizmi işə düşüb, bunun çox böyük əhəmiyyəti var. Təsəvvür edin, əgər biz bu sistemi tətbiq etməsəydik 2,5 milyard manat sərmayəni özəl sektor qeyri-neft sektoruna qoymazdı. Məhz investisiya təşviqi sənədinin işə düşməsi nəticəsində 2,5 milyard manat dəyərində olan layihələr indi icra edilir. Bu, vaxtında atılmış addım idi, öz səmərəsini verir. Gələcəkdə bu sistem öz səmərəliliyini göstərəcəkdir.
Sənaye parklarında rezidentlərin sayı 50-yə yaxınlaşır. Sənaye parklarının yaradılması da öz səmərəliliyini göstərmişdir. Əgər biz bu parkları yaratmasaydıq, orada investorlara yaxşı güzəştli şərtlər yaratmasaydıq indi 50-yə yaxın rezident olmazdı. Bu gün bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır. Bax, investisiya təşviqi sənədi 2,5 milyard manat sərmayə gətirir, sənaye parklarına isə 3,6 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Ondan 2,6 milyard dolları artıq qoyulub. Əlbəttə ki, Azərbaycanda avtomobil istehsalı başlayıb. Neftçalada ildə 10 min minik avtomobili istehsal ediləcək. Biz Gəncə avtomobil zavodunda 10 mininci traktorun istifadəyə verilməsini qeyd etmişik. Yəni, əminəm ki, sənaye parklarının fəaliyyəti uğurlu olacaq.
Kənd təsərrüfatı ilə bağlı qarşıda duran əsas vəzifələr bu sahədə ən müasir standartları tətbiq etməkdir. Son illərdə kənd təsərrüfatının inkişafına böyük diqqət göstərilmişdir. Demək olar ki, biz texnika parkımızı tamamilə yeniləmişik. Kənd təsərrüfatı texnikasının alınması bundan sonra da davam etdiriləcək, ancaq onun əsas hissəsi həll olunub. Özü də qeyd etməliyəm ki, dünyanın aparıcı şirkətlərinin texnikası bu gün bizim tarlalarımızda fəaliyyət göstərir və fermerlər də bu texnikadan çox razıdırlar. Bu məqsədlə böyük vəsait nəzərdə tutulur. Burada qeyd olundu, təkcə bu il 160 milyon manat dəyərində 5 mindən çox texnika alınacaq. Keçən il 10 min texnika alınmışdır. Ancaq bu sahədə bundan sonra şəffaflıq tam təmin edilməlidir. Kənd Təsərrüfatı Nazirliyi qarşısında bu vəzifə qoyulub. Bizim texnika parkımız tam təftiş edilməlidir. Yeni alınacaq texnika ilə bağlı çox dəqiq təkliflər verilməlidir. O texnika bizim kənd təsərrüfatının ümumi inkişaf dinamikasına uyğun olmalıdır və prioritetləri də özündə əks etdirməlidir.
Aqroparkların yaradılması ilə bağlı burada məruzədə məlumat verildi. Qeyd etməliyəm ki, doğrudan da böyük fermer təsərrüfatlarının qurulması bu sahədə dönüş yaratdı. Bu yaxınlarda mənə aqroparkların fəaliyyəti ilə bağlı geniş məruzə edildi. Dörd aqropark fəaliyyətdədir. Dördündə də mən açılışda olmuşam. On dörd aqropark isə bu ilin sonuna qədər istifadəyə veriləcək. Bitkiçiliklə məşğul olan bu aqroparklarda məhsuldarlıq ən yüksək səviyyədədir - taxılçılıqda minimum 50 sentnerdir. Orta göstərici isə, - bu gün hələ biçin gedir, - hələlik 30 sentnerdir. Bu da əvvəlki dövrə nisbətən məqbul rəqəmdir. Ancaq Azərbaycanda orta məhsuldarlıq da ən yüksək səviyyədə olmalıdır.
Dövlət aqroparkların yaradılmasına çox böyük dəstək göstərir. Dövlət ancaq infrastruktur layihələrinə 200 milyon manatdan çox investisiya qoyub, sahibkarlara 100 milyon manatdan çox güzəştli şərtlərlə kreditlər verib. Ölkə üzrə 45 aqroparkın yaradılması nəzərdə tutulur. Bu aqroparklara təqribən 1-1,5 milyard manat sərmayə qoyulacaq.
Bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Agentliyin qarşısında çox ciddi vəzifələr qoyuldu. Qida təhlükəsizliyi bu gün çox önəmli sahədir. Həm Azərbaycana gətirilən ərzaq məhsulları standartlara tam uyğun olmalıdır, eyni zamanda, Azərbaycanda istehsal edilən məhsullar beynəlxalq standartlara uyğun olmalıdır. İxrac edəcəyimiz məhsullar da elə səviyyədə olmalıdır ki, ixracla bağlı problem olmasın. Bunun üçün Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti çox yüksək səviyyədə təşkil edilməlidir. İndi bu işlər gedir. Laborator tədqiqatlar, torpaqların təhlili, münbitliyi – bu işlər çox böyük dəqiqliklə aparılmalıdır və fermerlərə tövsiyə verilməlidir ki, hansı torpaqda hansı məhsul əkilərsə bunun daha çox səmərəsi olacaqdır.
Bu il neft-qaz sahəsində görülmüş işlər tarixi əhəmiyyət daşıyır. Həm Cənub Qaz Dəhlizinin, həm TANAP layihəsinin istifadəyə verilməsi tarixi hadisələrdir. Bunlar dünyada da çox böyük əks-səda yaradan layihələrdir. Deyə bilərəm ki, TANAP layihəsi əvvəlcə nəzərdə tutulmuş, qoyulan sərmayədən daha ucuz başa gəldi. Biz TANAP layihəsinə başlayanda onun maliyyəsi 11 milyard dollardan çox səviyyəsində nəzərdə tutulmuşdu. TANAP layihəsi 8 milyard dollara başa gəlib. Yəni, bu, onu göstərir ki, Azərbaycan bu işlərə gör nə qədər məsuliyyətli yanaşır. Biz hər bir dollara, hər bir qəpiyə nəzarət edirik ki, bu böyük layihəni az xərclə icra edək. Görün biz burada nə qədər qənaət etdik.
İclasın sonunda bir daha Davos Dünya İqtisadi Forumunun hesablamalarını Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim. Son hesablamalara görə, Azərbaycan dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdədir. Yol infrastrukturunun inkişafına görə 36-cı yerdədir. İnkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdədir. Ümumi infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı yerdədir. Xalqın iqtidara dəstəyinə görə dünya miqyasında 20-ci yerdədir. Bax, bu rəqəmlər əyani şəkildə göstərir ki, Azərbaycan hansı böyük uğurlara imza atıb. Bu, əyani şəkildə göstərir ki, bizim siyasətimiz xalq tərəfindən dəstəklənir və biz elə etməliyik ki, ölkəmizin inkişafını dayanıqlı və daimi edək.
Hörmətli yığıncaq iştirakçıları!
2018-ci ilin 6 ayı ərzində də  rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi sahəsində işlərimiz davam etdirilmişdir.Ölkəmizin rəhbəri cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində Baki şəhəri ilə yanaşı bütün bölgələr də öz simasını dəyişir. O, cümlədən rayonumuzun ərazisində tikinti-quruculuq işləri bü gün də davam etdirilir, rayonumuz günü-gündən abadlaşır.
Bildirirəm ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikintisi nəzərdə tutulmuş, təməli Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev tərəfindən qoyulmuş, ümumi sahəsi 1800 kvadrat metr,  328 nəfərlik zalı, foye, qalereya, qrim və gözləmə otaqları olan, Muğamın təbliğinə və onun yaşadılmasına xidmət edən Muğam Mərkəzinin tikintisi başa çatdırılmışdır .Hazırda binanın həyətində son tamamlanma işləri aparılır.
Quzanlı qəsəbəsində 360 şagird yerlik orta məktəbin tikintisi işləri davam etdirilir.

Nəhayət, əhalimizin böyük əksəriyyətinin səbirsizliklə gözlədikləri 29 min nəfər əhalini əhatə edən 1 qəsəbəni, 10 kəndi və 3 məcburi köçkün qəsəbəsini birləşdirən, uzunluğu 25,3 km olan Quzanlı- İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi başa çatırılmış və əhalimizin istifadəsinə verilmişdir. 
Quzanlı qəsəbəsində  Boks və Taekvando məktəblərinin  Polis şöbəsinin , Prokurorluğun, Ağdam Elektrik şəbəkəsinin yeni inzibati binalarının tikintisi üçün torpaq sahələri  ayrılmış, layihələndirmə işləri aparılır.  

2018-ci ilin 6 ayı ərzində rayon ərazisində məcburi köçkünlərin yaşadığı 22 evdə təmir işləri aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 04.01.2018 ci il tarixli Sərəncamına əsəsaən Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunun  tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə verilmişdir.

Ağdam rayonu Quzanlı qəsəbəsi Akademik Xudu Məmmədov  adına küçəyə asfaltbeton örtüyü salınmışdır.Quzanlı qəsəbəsi ərazisində digər əlavə yollara çınqıl tökülərək genişləndirilmişdir.

Ağdam Rayon İcra Hakimiyyətinin inzibati binasının 3-cü mərtəbəsində tikinti işləri başa çatdırılmış və istifadəyə verilmişdir.

  Əlavə olaraq Quzanlı qəsəbəsi ərazisində daxili küçələrə  asfalt örtüyünün salınması işləri nəzərdə tutulmuşdur.
Yolların təmiri və saxlanılması üçün 2018-ci ilin 6 ayı  ərzində  kəndarası və qəsəbədaxili yollarda cari təmir işləri aparılmış, Yol İstisamar Sahəsi rayon ərazisində yolların saxlanılması və cari təmir olunması üçün ciddi tədbirlər görməlidir.

2018-ci ilin 6 ayı  ərzində əhalinin həyat şəraitinin  yaxşılaşdırılamsı, faziləsiz elektrik enerjisi, təbii qaz və su ilə təminatının ödənilməsi, göstərilən xidmətlərin genişləndirlməsi və keyfiyyatənin yüksəldilməsi üçün bir sıra tədbirlər görülmüşdür.

      Ağdam Elektrik Şəbəkəsinin xidməti ərazisində 3 ədəd 110/35/10 kv-luq ümumi gücü (137MVA), 11 ədəd 35/10 kv-luq ümumi gücü(113.4MVA), 1 ədəd 35/6 kv-luq ümumi gücü(3.2MVA) y/st-lar və 1535 ədəd 10/0.4 kv-luq transformator y/st-ları ümumi gücü (179.4MVA) olmaqla fəaliyyət göstərir. 2018-ci ilin 6 ayı ərzində şəbəkə tərəfindən ayrı-ayrı 10 kv-luq hava xətlərində təmir işləri aparılmışdır.

     Satış sahəsində 2018-ci ilin 6 ayı ərzində 113781200 kvt/s elektrik enerjisi alınmışdır ki, bunun da texniki itkisi çıxılandan sonra faydalı enerjisi 102272600 kvt/s olmuşdur ki, bu da 8409300 manat dəyərindədir.Əhali və qeyri əhali sektoru üçün satılan faydalı enerjinin dəyəri  əhali üzrə 850000 manat təşkil edir.Bu da toplanmış enerji dəyərinin 80.4 %-ni təşkil edir.Görülmüş işlərə baxmayaraq gələcəkdə də itkilərin aradan qaldırılması, transformator məntəqələrinin, istimara yararsız dayaq və naqillərin dəyişdirilərək yenisi ilə əvəz olunması işlərinin davam etdirilməsi nəzərdə tutulmalıdır.

       Tərtər RQİİ-nin Ağdam XS 2018-ci ilin 6 ayı ərzində Əhalinin təbii qazla fasiləsiz təmin edilməsi üçün tədbirlər  davam etdirilmişdir.  Ağdam Xidmət sahəsi üzrə təbii qazdan istifadə edən əhali abonentlərinin sayı 17176-ya çatmışdır. Qeyri-əhali abonentlərinin sayı isə 81-ə çatmışdır. 2018-ci ilin 6 ayı ərzində Xidmət sahəsi üzrə 13535974 m3 təbii qaz qəbul olunmuş və ondan 12511545 m3 istehlakçılara satılmışdır.Ondan əhaliyə 11801722 m3  qeyri-əhaliyə isə 709823 m3 satılmışdır. Qazın itgisi 1024429 m3 yəni 7.6 faiz olmuşdur. Əhaliyə satılmış qazın dəyərinin 1425034 manatı yığılmışdır ki, buda 118 faiz təşkil edir. Qeyri-əhaliyə satılmış qazın dəyərinin 108117 manatı ödənmişdir ki, buda 76 faiz təşkil edir. Qeyri-əhali istehlakçılarında yaranmış debitorun çox hissəsi hərbi hissələrin və “ Azəristilik Təchizat” təşkilatının hesabına yaranmışdır.

   Bundan əlavə Ağdam Xidmət sahəsinin 116 xidmətinə 6 ay ərzində 322 çağırış olmuş və hər biri dərhal aradan qaldırılmışdır. Xidməti ərazidə 1678 yivli birləşmədə olan qaz sızması təmir edilmişdir. Həmçinin 216 ədəd fərdi qaz tənzimləyicisi təmir edilmişdir. Xidməti ərazidə olan 362 ədəd qaz siyirtmələrinə qrafik üzrə texniki xidmət keçirilmişdir.6 ay ərzində 15 ədəd SQTM tipli qaz tənzimləyiciləri quraşdırılmışdır.

   Əhalinin içməli suya olan təlabatının ödənilməsi üçün bir sıra tədbirlər hazırlanıb həyata keçirilmişdir. Belə ki, köçkün qəsəbələri ərazisində 18 ədəd nasos təmir edilmiş və 720 metr boru xətti bərpa edilmişdir.

Ağdam  Sukanal idarəsi 2018-ci ilin 6 ayı ərzində abonentlərdən və təşkilatlardan istifadə etdikləri suyun dəyərinin ödənişini 95 faiz yerinə yetirmişdir.

     Əhaliyə göstərilən xidmətlərin, o cümlədən rabitə xidmətlərinin genişləndirilməsi, keyfiyyətinin yaxşılaşdırılması, müasir texnologiyanın tətbiqi üçün tədbirlər davam etdirilmiş, Ağdam Telekommuniukasiya Qovşağında 2018-ci ilin 6 ayı ərzində Əfətli və İmamqulubəyli kəndləri ərazisində rabitə dirəyi basdırılaraq xətt şəbəkəsində təmir işləri aparılmışdır.
       Ümumilikdə Ağdam rayonunda 3337 telefon istifadəçisi və 1690 internet istifadəçisi vardır.

   Ağdam Telekommunikasiya Qovşağında 6 ay ərzində rabitə xidmətlərindən gələn gəlir 184364 manat olduğu halda, 180636 manat pul yığılmışıdr və 3728 manat debitor borc qalmışdır.

  Ağdam Poçt filialı üzrə 2018-ci ilin 6 ayı ərzində tarif gəlir planı 93860 manata qarşı 99690 manat yerinə yetirilmişdir, buda planın 110 faizini təşkil edir. O, cümlədən 4- cü tarif gəliri planı 46000 manata qarşı 49400 manat yerinə yetirilmişdir, buda planın 106 faizini təşkil etmişdir.Ağdam Poçt filialı üzrə 1 poçt şöbəsi fəaliyyət göstərir. Mövcud poçt şöbələri vasitəsilə bütün növ poçt xidmətlərinin yerinə yetirilməsi təşkil olunmuşdur.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət   Proqramı”nda Ağdam rayonu üzrə 14 tədbirin icrası  nəzərdə tutulmuşdur. Ondan 12 tədbir icra olunur, 2 tədbirin icrasına başlanılmayıb.
Dövlət Proqramının icrası olaraq rayonda 2018-ci ilin 6 ayı ərzində 3078 yeni iş yeri açılmış, ondan 280 daimi, 2798 mövsümüdür.
İlkin hesablamaya əsasən rayon üzrə 2018- cı ilin 6 ayı ərzində ümumi məhsul istehsalının həcmi 57 milyon 786 min manat olmuş, 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 616,7 min manat və ya 4,7 faiz artmış, sənaye məhsulunun ümumi həcmi 6 milyon 205 min manat, kənd təsərrüfatı məhsulunun həcmi 39 milyon 660 min manat, ticarətin dövriyyəsi 7 milyon 25 min manat, informasiya və rabitə xidməti 187 min manat, nəqliyyat və anbar təsərrüfatı 499 min manat olmuş, 2018-ci ilin 6 ayı ərzində tikinti quraşdırma işlərinin həcmi 4 milyon 210 manat olmuşdur.Rayonumuzda sahibkarlığın inkişaf etdirilməsinə xüsusi fikir verilir.

Belə ki, 2018-ci ilin 6 ayı ərzində 190 nəfər fiziki şəxs qeydiyyatdan keçmişdir. Onlar biznesin xidmət, ticarət ,kənd təsərrüfatı , nəqliyyat və emal sahəsi ilə məşğul olurlar. Rayonda əhalinin maddi rifah halının yaxşılaşdırılması, məhsul bolluğu yaratmaq üçün sahibkarlara əlverişli şərait yaradılmışdır. Məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 84 faiz, dövlət sektorunda isə 16 faiz təşkil edir

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və həmin Proqrama Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli Sərəncamları ilə təsdiq edilmiş Əlavələrin icrası ilə əlaqədar Ağdam rayonu üzrə 32 tədbirin icrası nəzərdə tutulmuşdur.  Ondan hal- hazıra kimi 18 tədbir icra edilmiş, icra müddətinə əməl olunmaqla 5 tədbir icra olunur, 9 tədbir isə icra olunmur.
Ağdam rayon Vergilər şöbəsi üzrə 2018-ci ilin 6 ayı   ərzində  2178,7 min  manat proqnoza qarşı  2485,5 min manat və ya 114,4 faiz əməl olunmuşdur. Büdcəyə 306,8 min manat əlavə vəsait daxil olmuşdur.

Rayon Maliyyə idarəsinin fəaliyyəti üçün 2018-ci ilin 6 ayı ərzində  ərzində  dövlət büdcəsindən verilən dotasiya 2328,3  min  manat proqnoza qarşı 2319,0 min manat və ya 99,6 faiz, ümumi xərclər üzrə 5245,9                                                         min  manat  proqnoza qarşı  3728,7  min  manat və ya  71,1 faiz olmuşdur.    

Rayonumuzda sahibkarlığın inkişaf etdirilməsinə xüsusi fikir verilir.Belə ki, 2018-ci ilin 6 ayı ərzində 190 nəfər fiziki şəxs qeydiyyatdan keçmişdir. Onlar biznesin xidmət, ticarət ,kənd təsərrüfatı , nəqliyyat və emal sahəsi ilə məşğul olurlar. Rayonda əhalinin maddi rifah halının yaxşılaşdırılması, məhsul bolluğu yaratmaq üçün sahibkarlara əlverişli şərait yaradılmışdır. Məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 84 faiz, dövlət sektorunda isə 16 faiz təşkil edir.

      Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsi   21959  nəfərə pensiya və müavinət alan vətəndaşa xidmət göstərir. Onlardan 7999 nəfər yaşa görə, 5878 nəfər əlilliyə görə, 635 nəfər ailə başcısını itirməyə görə əmək  pensiya,  7447 nəfər müavinət, orta aylıq məbləği 184 manat, aylıq pensiya təlabatı 2,7 milyon manatdır. Azərbaycan Respublikası Prezidentinin  09 fevral 2018-ci il tarixli Sərəncamına əsasən pensiyaların  sığorta hissəsi 5,7 faiz indeksləşdirilərək fevral ayında iki aylıq ödənilmişdir.

       2018-ci ilin 6 ayı   ərzində 400 nəfər şəhid ailəsinə və 497 nəfər müharibə  əlilinə Prezident təqaüdü, 1557 nəfər müharibə iştirakçısı  olduğuna görə müavinət verilmişdir. 01 iyul 2018-ci il tarixə rayon üzrə ünvanlı sosial yardım alan ailələrin sayı 451 nəfər təşkil edir.

2018-ci ilin 6 ayı ərzində  rayon Məşğulluq  Мərkəzinə 1213 nəfər işaxtaran vətəndaş müraciət etmiş, ondan 1189 nəfər qeydiyyata götürülmüşdür.  Müraciət edən vətəndaşlardan  215 nəfəri müxtəlif  idarə və müəssisələrdə işlə təmin olunmuş, işini itirmiş 7 nəfər işsizlik statusu verilərək müavinət təyin olunmuşdur. Hazırda idarə və müəssisələrdə 488 vakant  iş yeri vardır, ondan 367-i qulluqçu, 121-i  isə fəhlə kateqoriyasından olan iş yerləridir. 2018-ci ilin 6 ayı ərzində “Özünüməşğulluq” layihəsinə 78 nəfər işaxtaran və işsiz vətəndaş cəlb olunmuşdur.

Ağdam rayon  Dövlət Sığorta filialı 2018-ci ilin 3 ayı ərzində  55,0  min  manat tədiyyə tapşırığına qarşı 33,6  min  manat və ya 61% yerinə yetirilmişdir. Əhalinin əmlakının, xüsusi ilə yaşayış evlərinin sığorta olunması çox vacib məsələ kimi ərazi nümayəndələrinin işinin əsasını təşkil etməlidir.


   Hörmətli yığıncaq iştirakçıları!

2017-2018-ci tədris ilində rayon Təhsil şöbəsi 135 ümumtəhsil məktəbi, o cümlədən 1 ibtidai, 17 ümumi orta, 117 tam orta məktəbi, 2 məktəbdənkənar tərbiyyə müəssisəsi ilə fəaliyyətə başlamışdır.  Təhsil şöbəsi, onun tabeçiliyində olan təlim-tərbiyyə müəssisələri tədris ilinin əvvəlində olduğu kimi, 2018-ci ilin 6 ayı ərzində  Təhsil Nazirliyi, Rayon İcra Hakimiyyəti  tərəfindən verilən tapşırıqları  layiqincə yerinə yetirməyə çalışmışdır.
2018-cı ilin 6 ayı ərzində  qarşıda duran vacib məsələlərdən biri təlim-tərbiyə müəssisələrinin qış mövsümündə  istiliklə  təmin  edilməsi  olmuşdur. Aparılan məqsədyönlü işlərin  nəticəsində cari  qış mövsümündə  rayonun Alıbəyli, Qaradağlı, Çəmənli, Əhmədağalı, Əfətli, Həsənxanlı, Hacıməmmədli  kənd tam orta məktəbləri  mərkəzi  istilik  sistemləri qaz yanacağı  ilə  təmin  edilmiş, digər müəssisələr  üçün yanacaq  alınıb vaxtında müəssisələrə çatdırılmışdır.
2018-ci ilin yanvar-mart ayları ərzində, rayonun bütün ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “ Ən yaxşı təqdimat” inşa müsabiqəsi keçirilmiş və  1 nömrəli köçkün tam orta məktəbin XI sinif şagirdi Əhmədov Sənan Orxan oğlu  I yeri tutaraq Respublika  mərhələsinə  vəsiqə  qazanmışdır. Bununla  yanaşı “Ədəbiyyat biliciləri” müsabiqəsinin  rayon  mərhələsi  də yekunlaşmış və  88  nömrəli  köçkün  tam orta məktəbin  8-ci  sinif şagirdi Məmmədova Sevinc Fariz qızı respublika mərhələsinə  vəsiqə  qazanmışdır.
2017-2018-ci  tədris ilində  məktəblilərin fənn olimpiadaları yeni  qaydalara  əsasən 2018-ci  ilin yanvar ayından mərkəzləşmiş qaydada Təhsil Nazirliyi tərəfindən  göndərilən materiallar əsasında keçirilmiş, nəticə  Təhsil Nazirliyi tərəfindən  yoxlanmışdır.Rayon turunun nəticələrinə görə 81 nəfər şagirdimiz qalib hesab  edilib, Mingəçevir şəhərində keçirilən zona müsabiqəsinə vəsiqə  qazanmışdır.
Son illər ümumi və orta və tam orta təhsil kursu üzrə buraxılış imtahanlarının Azərbaycan Respunliksı Dövlət  İmtahan  Mərkəzi tərəfindən mərkəzləşmiş qaydada aparılması nəzərə alınaraq, şagirdləri buraxılış imtahanlarına hazırlamaq üçün Təhsil Şöbəsində  xüsusi işçi  qrupu yaradılmış, mart  ayından başlayaraq hər bir məktəbdə IX və XI  siniflər  üzrə  sınaq imtahanları  keçirilməsi nəzərdə  tutulmuşdur. Bunun  üçün imtahana düşən fənnlər üzrə Dövlət İmtahan Mərkəzinin  buraxılış imtahanı keçirdiyi formaya uyğun  sual  kitabçaları  və  cavab kartları hazırlanmışdır.
11  mart 2018-ci  il tarixdə Dövlət İmtahan Mərkəzi  tərəfindən rayonun  ümumtəhsil məktəblərinin IX  sinif şagirdlərinin buraxılış imtahanının birinci  mərhələsi keçirilmişdir.  İmtahanda rayonun 1691  nəfər IX  sinif  şagirdi  iştirak  etmişdir.
27 iyun 2018-ci  il  tarixdə Dövlət İmtahan Mərkəzinin rayonda  keçirdiyi  buraxılış  siniflərinin yekun  qiymətləndirmə  imtahanında  1691 nəfər IX sinif  şagirdi, 1452  nəfər XI sinif  şagirdi  iştirak  etmişdir.
Bir faktı  da diqqətinizə çatdırıram ki,  Dövlət İmtahan Mərkəzinin  may ayında keçirdiyi  Ali məktəblərə qəbul  imtahanlarının  I mərhələsində məzunlarımız yaxşı nəticələr əldə  etmişlər. Belə  ki, 26  nəfər 600-700 bal  arası, 75 nəfər  isə 500-600 bal  toplamışlar.
2018-cı ilin 6 ayı ərzində məktəblərdə hərbi  vətənpərvərlik  işinin gücləndirilməsi  üçün böyük  işlər  görülmüş, “Yeni il” və “Novruz” bayramı ilə əlaqədar məktəblərin ərazidəki hərbi  hissələrdə görüşləri  keçirilmişdir. Bundan başqa “Cəsurlar” “Şahin”  hərbi oyunlarının keçirilməsi  üçün məktəb  rəhbərləri, məktəblərin  hərbi  rəhbərləri  ilə müvafiq işlər  aparılmışdır.
Xüsusilə  qeyd edirik ki,  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının  rəhbərliyi ilə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonun ümumtəhsil  məktəblərinin 40  nəfər  IX-XI sinif  şagirdləri Ağdam  rayon İcra Hakimiyyətinin nümayəndəsi  olmaqla 26-29 mart 2018-ci il  tarixlərdə  Qəbələ- Şəki-Zaqatala rayonlarına  ekskursiyası  təşkil  edilmişdir ki,  bu  da valideyinlər və şagirdlər tərəfindən yüksək qiymətləndirilmiş və  Ölkə Prezidentinə təşəkkürlərini  bildirmişlər. Onu da  qeyd  edirik ki, ekskursiya zamanı 27 rayonun iştirakı  ilə  keçirilən intellektual  bilik  yarışında  şagirdlərimiz fəal iştirak  edərək  ikinci  yeri  tutmuş və kuboku  qazanmışlar.

Rayon İcra Hakimiyyətinin  tabeliyində  40 uşaq bağçası, körpələr evi-uşaq  bağçaları fəaliyyət göstərir. Həmin  bağçalardan  26-ı  ərzaqla təmin olunur, qalan bağçaların ərzaqla təmin olunması istiqamətində  tədbirlər həyata keçirilir.

Rayonda fəaliyyət  göstərən Ağdam Musiqi Kollecində  və Ağdam Dövlət Sosial İqtisadi Kollecində də cari ilin 6 ayı ərzində  təlim-tərbiyə  işinin yüksəldilməsi, tədrisin  müvəffəqqiyyətlə  həyata keçirilməsi  sahəsində xeyli  uğurlar qazanılmışdır.
İşlərini müasir təhsil sisteminin tələbləri istiqamətində quran Ağdam Musiqi və Ağdam Dövlət Sosial İqtisadi Kollecinin kollektivləri təhsilin səviyyəsini daha da yüksəltmək  üçün lazımi tədbirləri  həyata keçirirlər.
Hər iki  kollecin  müəllim  və şagird kollektivi rayonun ictimai-siyasi  həyatında  fəal  iştirak  edirlər. 18 mart 2018-ci  il  tarixlərdə  də Novruz bayramının  yüksək  səviyyədə keçirilməsində də hər  iki kollecin  böyük  əməyi olmuşdur. Onların  bu  əməyi Rayon İcra Hakimiyyəti  tərəfindən  yüksək  qiymətləndirilmişdir.
Ağdam  2 saylı Peşə məktəbi  2017-2018-cı  tədris ilində Təhsil Nazirliyinin planına əsasən  məktəbə 4 ixtisas üzrə tədris müddəti   bir il olan qruplara 80 nəfər qəbul olunmuşdur.

2018-ci  ilin 6 ayı ərzində rayon Mədəniyyət və İncəsənət İşçiləri işlərinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlərini xeyli artırmışdır. Başlıcası rayonda keçirilən kütləvi tədbirlərin, anım günlərinin və bayram şənliklərinin keçirilməsi xeyli təkmilləşdirilmişdir. Bu sırada 20 Yanvar faciəsinə, Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş  etdirilmişdir.
8 mart Beynəlxalq qadınlar günü, Novruz bayramı münasibətlə  musiqi kollektivlərinin rəngarəng çıxışları geniş ictimaiyyətə təqdim olunmuşdur.
Mart ayında “Novruz” bayramı münasibəti  ilə çox geniş şəkildə şənlik  təşkil  edilmiş, “N” saylı  hərbi  hissələrə bayram sovqatı  aparılmış və əsgər zabitlər  qarşısında geniş bayram konserti  təşkil  edilmişdir.
Respublikanın xalq artisti,muğam  ifaçısı, professor, “Şöhrət”, “İstiqlal”,  və “Şərəf” ordenli Arif Babayevin  29 mart 2018-ci  il tarixdə Ağdam İdman Kompleksinin zalında  rayon ictimayyət nümayəndələri  ilə  görüşü keçirilmişdir.
Görüşdə incəsənət ustaları, xalq artistləri Mənsum İbarhimov, Nəzakər Teymurova, Ayğün Bayramova, əməkdar artistlər Təyyar Bayramov, Firuz Səxavər, muğam  ifaçıları Elnur Zeynalov, Səbuhi İbayev, Elşad Aydınoğlu və başqaları  iştirak  etmişlər.
31 mart 2018-ci  il tarixdə Quzanlı  qəsəbə  Mədəniyyət  evində  Azərbaycanlıların  soyqırımının 100 illiyi  ilə əlaqədar geniş  tədbir  keçirilmiş, tədbirdə ermənilər tərəfindən   Azəbaycanlıların  başına  gətirilən müsibətlərdən  danışılmışdır.
Tədbirdə soyqırıma  həsr  edilmiş video-çarx nümayiş etdirilmişdir.
02 may 2018-ci  il  tarixdə rayonun Heydər Əliyev Mərkəzinin  qarşısındakı  meydanda Ağdam Rayon İcra Hakimiyyəti  və Azad Azərbaycan Televiziyasının  birgə  təşkilatçılığı  ilə  Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 95 illiyi ilə əlaqədar geniş konsert proqramı təşkil  edilmişdir.
Tədbirdə  respublikanın tanınmış xalr və  əməkdar  artistləri, müğənnilər iştirak etmişlər. Tədbir 10 may 2018-ci  il tarixdə Azad Azərbaycan Televiziyasında efirə  getmişdir.
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əlievin sərəncamlarını  rəhbər  tutaraq rayonun bütün kənd  və  qəsəbələrində,  məcburi  köçkün qəsəbələrində, idarə, müəssisə  və  təşkilatlarında  Azərbaycan Xalq Cumhuriyyətinin  yaradılmasının  100  illiyi ilə əlaqədar olaraq silsilə  tədbirlər, dəyirmi masalar,  seminarlar keçirilir və bu  tədbirlərin  il ərzində uğurla davam etdirilməsinə  nail olunacaqdır.
26 may 2018-ci  il tarixdə  rayonun Quzanlı  qəsəbə  mədəniyyət  evində Azərbaycan Xalq Cumhuriyyətinin  yaradılmasının  100  illiyi ilə əlaqədar geniş ümumrayon  tədbiri  keçirilmişdir.
Ağdam Dövlət Dram Teatrı ölkənin zəngin yaradıcılıq  ənənələri olan  mədəniyyət ocağından  biridir. Digər teatr müəssisələrində  olduğu kimi Ağdam Dövlət Dram Teatrında  da rayonun  tanınmış  ziyalılarının da üzv olduğu  bədii şura  vardır. Teatrın digər əsas fəaliyyət sahələri ilə yanaşı repertuar planı  da bədii şuranın ciddi müzakirəsi  nəticəsində  tərtib  edilir. Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyinin təsdiq etdiyi repertuar planına əsasən  teatrda il ərzində 4 yeni səhnə əsərinin hazırlanması  nəzərdə  tutulmuşdur.
2018-ci  ilin 6 ayı ərzində  kollektiv H.Mirələmovun “Qarabağ hadisələrindən bəhs edən “Xəcalət” əsərini, C.Cabbarlının məşhur  “Aydın” əsərini  hazırlayaraq  tamaşaçılara təhvil vermişdir.
Ötən  6 ay  ərzində  teatrın yaradıcı truppası repertuarda  olan hazır  tamaşalarla rayonun   demək olar  ki, əksər  kənd  və  qəsəbə sakinləri qarşısında  çıxış  etmiş, yerli əhalinin  asudə vaxtının  səmərəli keçməsini təmin  etməklə yanaşı, həm  də maliyyə planını da  artıqlaması  ilə  yerinə yetirməyə nail olmuşdur.

Hörmətli yığıncaq iştirakçıları!
Rayonun ərazisində əhalimizin böyük əksəriyyətinin yaşamasını və onların sağlamlığının qayğısına qalınması bu gün səhiyyə işçilərindən daha çevik və məsuliyyətlə işləməyi tələb  edir.
Artıq səhiyyə sahəsində son bir ildə xeyli yeniliklər və irəliləyişlər olmuşdur. Mərkəzi  Rayon Xəstəxanası demək olar ki, tam gücü ilə işləyir, şöbələr ən müasir tibbi  avadanlıqlarla təmin olunmuşdur.
MRX-nın əsas xidmət sahəsi olan  stasionar xidmətdə nailiyyətlər əldə  edilmişdir.
Ambulator  poliklinika  xidmətində  6 ay ərzində  xeyli  irəliləyiş vardır. MRX-sı  üzrə  ambulator  qəbul 96552 nəfər olmuşdur.
Bu ilin 6 ayında 4 nəfər ilkin  vərəmli xəstə aşkar olunub  qeydiyyata götürülmüşdür. 
Dispanser qeydiyyatında  4012 nəfər şəkərli  diabetli  xəstə qeydiyyatdadır.
Poliklinika şöbəsində  228 Qarabağ əlili, 82 nəfər Çernobl əlili  dispanser  qeydiyyatındadır.
Bu ilin  6 ayı ərzində  62 nəfər xroniki böyrək çatışmamazlığından əziyyət çəkən  467 nəfər  onkoloji xəstə qeydiyyata alınmışdır.
2018-ci ilin 6 ayında cərrahi şöbədə 335 iri əməliyyat aparılmışdır ki, bu da cərrahi fəallığın  xeyli  artması deməkdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin  tapşırığına  əsasən  10 fevral  2018-ci il tarixdən 10 may 2018-ci  il tarixədək rayon əhalisinin icbari tibbi müayinədən keçirilməsi  uğurla başa çatmışdır. Rayon əhalisinin  57083 nəfəri tibbi müayinədən keçmiş onlardan 722 nəfəri  ambulator müalicəyə,88  nəfəri stasionar müalicəyə, 90 nəfəri  isə müalicə olunmaq üçün ixtisaslaşdırılmış tibb müəssisələrinə  göndərilmişdir.
Uşaq  əhalisinə göstərilən tibbi  xidməti daha da yaxşılaşdırmaq məqsədi  ilə  gələcəkdə baş verə  biləcək yolxucu xəstəliklərin  qarşısını  almaq üçün Respublika İnnovasiya Mərkəzindən  rayon Gigiyena və Epdiomologiya Mərkəzi  vasitəsi  ilə kifayət  qədər peyvənd  materialları  və  birdəfəlik şprislər gətirilərək yerli tibb məntəqələrinə  paylanmışdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi peyvənd planına uyğun olaraq  2018-ci ilin 6 ayı ərzində  rayonun uşaq əhalisi  arasında  vərəm, qızılca, məxmərək parotit, difteriya, göy öskürək, tetanos, polimielit, virus hepateti “B” xəstəliyinə  qarşı peyvənd işi Ağdam MRX-nın  müvafiq tibb müəssisələri  tərəfindən  dəqiq həyata keçirilməkdədir.
6 ay ərzində  nəzərdə  tutulmuş uşaq  əhalisinin 98,7-99,0 faizinin peyvəndə  cəlb edilməsi təmin  olunmuşdur.
Bütün bunlarla yanaşı MRX-nın  işində  bəzi çətinliklərdə  mövcuddur. Belə ki,  MRX-da  kadr çatışmamazlığı problemi mövcuddur. MRX-da 17 nəfər mama-ginekoloq əvəzində  cəmi  5 nəfər işləyir.

2018-ci  ilin 6 ayı  ərzində  Ağdam rayon Gənclər və  İdman İdarəsi öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin  Fərman və Sərncamlarının, müvafiq qanunların, dövlət proqramlarının tələblərini rəhbər  tutaraq, qarşıda duran vəzifələrin icrasını müəyyən olunmuş iş və tədbirlər planına uyğun həyata keçirmişdir.
Fevral ayının 1-də “Gənclər günü” münasibətilə Ağdam Musiqi Kollecində  rayon  rəhbərliyinin iştirakı  ilə “Bayramınız Mübarək Əziz Gənclər” adlı təntənəli  tədbir keçirilmişdir.
Fevralın 25-də  Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində yeniyetmə  və  gənclər  arasında  vətənpərvərlik  ruhunun  yüksəldilməsi, onları “Xocalı həqiqətləri” haqqında maarifləndirərək  bu  həqiqətlərin  Beynəlxalq  aləmə  yayılmasında  üzərlərinə düşən vəzifələrin  öyrədilməsi  məqsədilə  “Mən Xocalıyam, Mənə Ədalət!” adlı dəyirmi masa təşkil olunmuşdur.
Daxili yarışlarla bərabər idmançılarımızın müxtəlif idman növləri  üzrə respublika əhəmiyyətli  15 birincilik və  çempionatda, habelə  2 zona  birinciliyində və I beynəlxalq turnirdə  iştirakı  idarə  tərəfindən  təmin  olunmuşdur. Həmin yarışların  nəticələrinə  görə  23 idmançımız I yer, 11 idmançımız II yer, 17 idmançımız isə III yeri  qazanmışdır.
Rayon Gənclər və  İdman İdarəsi bundan sonra da  qarşıda duran tapşırıq və vəzifələrin icrasının  yüksək səviyyədə  həyata keçirilməsini əsas məqsəd kimi  qarşıya məqsəd qoymuşdur.
Yeni Azərbaycan Partiyası Ağdam  rayon Təşkilatı tərəfindən  2018-ci  ilin 6 ayı ərzində 269 nəfər  YAP sıralarına daxil olunmuşdur ki, onlardan 220  nəfərini qadınlar,131   nəfərini  isə  gənclər təşkil edir. Hazırda Yeni Azərbaycan Partiyası Ağdam  rayon Təşkilatının 6679 nəfər  üzvü vardır.
YAP Ağdam rayon təşkilatı təcrübəli ziyalılardan ibarət təbliğat qrupu vasitəsi ilə xüsusilə  gənclərin ideya siyasi  cəhətdən maariflənməsi, dövlətçilik strategiyasının inkişafı və möhkəmləndirilməsində  və  eləcə  də  11 aprel 2018-ci  il tarixdə  keçirilən  Prezident  seçkilərində seçicilərin fəal  iştirakının təmin  edilməsi  istiqamətidə silisilə  tədbirlər  həyata keçirmişdir.
Ağdam rayon Heydər Əliyev Mərkəzində  2018-ci ilin 6 ayı ərzində rayonun ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəbləri  və uşaq bağçalarının Mərkəzə  və Bayraq Muzeyinə ekskursiyaları  təşkil edilmiş,2500 nəfərdən artıq rayon əhalisi  Mərkəzi və Bayraq Muzeyini  ziyarət  etmişlər.

Qeyd edirik ki, rayon ərazisində  yad və zərərli dini təriqətlərlə məşğul olanlar  yox səviyyəsindədir.
    Onu da nəzərinizə çatdırırıq ki,  rayonda aparılan  tikinti - quruculuq abadlıq  işləri və keçirilən bütün  mədəni-kütləvi  tədbirlər  mütəmadi olaraq  “Ağdam” qəzetində redaktorluq  tərəfindən  işıqlandırılır.


   Rayonda kriminogen vəziyyət sabitdir.
2018-ci  ilin 6 ayı ərzində  rayon ərazisində cinayətkarlığa qarşı mübarizə sahəsində tədbirlər davam etdirilmiş, 41 cinayət hadisəsi qeydə alınmış, 1 cinayət hadisəsi bağlı  qalmış, cinayətlərin açılması 97,6 faiz təşkil etmişdir.
2018-ci ilin 6 ayında ölkə başçısının hərqiqi hərbi xidmətə çağırışla bağlı imzaladığı Sərəncamlar Ağdam rayonunda müvəfəqiyyətlə yerinə yetirilmişdir. Belə ki dövr ərzində 320  nəfər gənc hərbi xidmətə göndərilmiş, Silahlı Qüvvələrin Yardım Fonduna  51  min 388 manat vəsait köçürülmüşdür.

Hal-hazırda rayonda kənd təsərrüfatının istehsalı ilə məşğul olan 12 kəndli fermer təsərrüfatı 200 nəfərə yaxın hüquqi və fiziki şəxs, 8500 ailə təsərrüfatı  vardır.

2018-ci ilin 6 ayında bütün sahələrlə yanaşı aqrar sahənin inkişafı da xüsusilə diqqət mərkəzində saxlanılmış, kənd əhalisinə öz pay torpaqlarından səmərəli istifadə etmələri üçün köməkliklər olunmuşdur.

Bu məqsədlə rayonda kənd təsərrüfatı məhsullarının əkilib becərilməsində kənd əməkçilərinin çətinlikləri nəzərə alınaraq “Aqrolizinq”ASC-nin Bərdə regional Nümayəndəliyinin Ağdam rayon bölməsinin fəaliyyəti xeyli gücləndirilmişdir.
Ağdam rayon bölməsində mövcud texnikalardan səmərəli şəkildə istifadə olunmuşdur. Ağdam  kənd Təsərrüfatı MMC və digər fərdi sahibkarlarla bağlanmış müqaviləyə uyğun olaraq rayon ərazisində 231 hektarda şum, 289 hektarda mala, 133 hektarda arxların çəkilməsi,354 hektarda səpin, 279 hektarda dərmanlama və 654 hektarda kultivasiya işləri aparılmışdır. Cari ilin 6 ayında bölmənin anbarına daxil olan 1829 ton mineral gübrənin 1120 tonu güzəştli qiymətlərlə kənd təsərrüfatı ilə məşğul olan fermerlərə satılmışdır.
Bitki mühafizə mərkəzinin mütəxəsisləri tərəfindən mövcud kənd təsərrüfatı bitkilərində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması təmin edilmişdir.
Rayonun ərazisində 3800 hektar taxıl sahəsində alağa qarşı,3100 hektar sahədə isə siçana bənzər gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılmışdır.

Mövcud 3100 hektar pambıq sahəsinin 450 kektarında pambıq sovkasına qarşı, 2663 hektarında Mənənə-tripsə qarşı, 300 hektarında tor gənəciyinə qarşı kimyəvi mübariə tədbirləri həyata keçirilmişdir.

14 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsində  2018-ci ilin 6 ayı ərzində “Ətraf mühütin mühavizəsi, Təbiətdən istifadə”və “Ekoloji Təhlükəsizlik” haqqında qanunun tələblərinin yerinə yetirilməsi vəziyyətinə nəzarət etmək məqsədilə mütəmadi olaraq yoxlama işi və reydlər keçirilmiş, nəticə etibarı ilə aşkar edilən qanun pozuntularına görə 39 ədəd akt 9 ədəd protokol tərtib edilmiş və 9 ədəd məcburi göstəriş verilmişdir.

10 nəfər fiziki şəxs barəsində 10 ədəd cərimə qərarı çıxarılaraq 2900 manat məbləğində vəasait müvafiq fonda ödənilmişdir.34 nəfər fiziki şəxsə 4694.05 manat məbləğində ödəmə tətbiq edilmiş və müvafiq fonda ödənilmişdir.

Mövcud vəziyyətlə əlaqədar olaraq rayonda olan təbii su mənbələri işğal olan ərazilərdə qaldığı üçün əkin sahələrinin suvarılması yalnız subartezian quyuları vasitəsilə aparılır.

Əhalinin içməli və suvarma suyuna olan tələbatını ödəmək məqsədilə 843 ədəd subartezian quyusundan, 4 ədəd nasos stansiyasından, 4 suyığıcı göl, 11 kəhrizdən istifadə edilir.

Rayonun ərazisində olan 843 ədəd subartezian quyusunun 336 ədədi rayon əhalisinin içməli su təchizatına və həyətyanı sahələrin suvarılmasına, 507 ədədi isə əkin sahələrinin suvarılmasına xidmət edir.

Cari ilin ötən dövründə Mexaniki Suvarma İdarəsi tərəfindən 49873000 kvt/saat elektrik ebnerjisi sər olunmuş və dəyəri tam ödənilmişdir.

Hesabat dövründə suyun səviyyəsi aşağı düşdüyündən 27 ədəd subartezian quyusunda su qaldırıcı boru və 887 p/metr kabel əlavə edilmişdir.6 ay ərzində 207 ədəd nasos təmir edilmiş, quyulara 2670 p/metr kabel quraşdırılmış, 221 ədəd subartezian quyusunda müxtəlif elektrik avadanlıqları yenisi ilə əvəz edilmiş və 17 ədəd subartezian quyusunun kalon hissəsindəki nasazlığın aradan qaldırılması üçün tədbir görülmüşdür.Əfətli ərazisində Qar-qar çayında sahələrə su çıxarmaq məqsədilə 2 ədəd bənd vurulmuş 150-200 hektar əkin sahələri sel suları ilə suvarılmışdır.
2018-ci təsərrüfat ilində rayonun ərazisində 3100 hektar sahədə pambıq əkilmişdir.Əkilmiş pambıq sahəsinin 871.6 hektarı “MKT İstehsal Kommersiya” MMC ilə,740.0 hektarı “Azərpambıq” MMC ilə, 523.0 hektarı Kənd Təsərrüfatı MMC ilə müqavilələr bağlanılmış, 964.6 hektarı isə fərdi qaydada əkilmişdir.Mövcud pambıq sahələrində becərmə işləri aparılır.Pambığın becərilməsi və vaxtında suvarılmasında  ərazilərdə yaranmış çətinliklərin dərhal aradan qalsırılmasının  təmin edilməsi məqsədi ilə rayon İcra Hakimiyyətində Qərərgah yaradılmışdır.

Rayonun ərazisində kənd təsərrüfatı işçiləri tərəfindən 2018-ci ilin 6 ayında 351 hektar sahəsdən 5408 ton kartof, 4567.2 hektardan 18475 ton tərəvəz istehsal olunmuşdur.1569.5 hektar sahədə təzə yonca, 537.1 hektarında şəkər çuğunduru əkilmişdir.

2181 hektar sahədə əkilmiş arpa, 14055  hektar buğda sahələrində biçin başa çatdırılmış 7505 ton arpa, 44655 ton buğda istehsal olunmuş hər hektardan  məhsuldarlıq      37.1  sentner olmuşdur.

Rayonda baramaçılığın inkişafına xüsusi fikir verilir.2018-ci ildə 520 qutu yəni 9880 qram barama qurdu götürülmüş Gümçülər tərəfindən bəslənilmişdir.20 ton 800 kq baramaya qarşı 17 ton 83 kq barama tədarük olunmuşdur.

Rayonun Zəngişalı,Qərvənd,Quzanlı əraziləri müstəsina olmaqla, qalan bütün ərazilərdə barama tədarükü kəsrlə yerinə yetirilmişdir.

Rayonda heyvandarllığın inkişaf etdirilməsinə diqqət artırılmışdır.Elə bunun nəticəsidir ki, 2018-ci ilin ikinci rübündə Mal-qaranın baş sayı 40536 başa çatdırılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 389 baş çoxdur.Ana malın baş sayı da müvafiq dövrlər müqayisədə 182 baş artaraq 18698 başa çatdırılmışdır.

Qoyunların baş sayı 103571 başa çatdırılmışdır.

Heyvandarlıq məhsullarının istehsalı sahəsində də xeyli artıma nail olunmuşdur. Belə ki, 6 ayda ət istehsalı 89.4 kq artaraq 2181.7 tona, süd istehsalı 929.7 ton artaraq 18334.7 tona çatdırılmışdır. Yumurta istehsalı 2649 min artaraq 6928 min ədəd olmuşdur.

2018-ci ilin 6 ayında  rayonda heyvandarlığın xüsusilə cins mal-qaranın inkişaf etdirilməsi, damazlıq işinin təşkili sahəsində bir sıra işlər görülmüşdür.Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Süni-Mayalanma işləri aparılır.

Təkcə 2018-ci ilin 6 ayında 1251 baş mal süni yolla mayalandırılmış və 736 baş sağlam bala alınmışdır.

Heyvandarlığın inkişaf etdirilməsi üçün Epizootiya əleyhinə mübarizə və müalicə proflaktika tədbirləri planına əsasən xidmət aparılır.
Cari ilin ötən dövründə rayonun qəsəbə və kəndlərinin sosial-iqtisadi inkişafında,abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində ayrı-ayrı Bələdiyyələr tərəfindən müəyyən işlər görülmüşdür.


2018-ci ilin yanvar ayında rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi Qrafik əsasında 53 inzibati ərazi dairəsi üzrə nümayəndəlıkdə 2017-ci ilin yekunları ilə əlaqədar hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda 6850 nəfər iştirak etmiş, 220 nəfər çıxış etmişdir. Çıxışlarda 200-dən artıq təklif və tənqidi qeyd söylənilmişdir. Tənqidi qeyd və təkliflər ümumiləşdirilərək Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinə verilmişdir.
Yığıncaqlarda cənab İlham Əliyevin müdrik, məqsədyönlü daxili və xarici siyasəti nəticəsində ölkəmizdə bütün sahələrdə qazanılan nailliyyətlərdən ətraflı söhbət açılmışdır. Qeyd olunmuşdur ki, Cənab Prezidentin Ağdama, ağdamlılara böyük diqqət və  qayğısının nəticəsində son illər bir çox işlər görülmüş, yeni yollar çəkilmiş, uşaq bağçaları, tibb məntəqələri, poçt binası, digər sosial obyektlər tikilmiş, rayon əhalisinin maddi rifah halı yaxşılaşmış, ruh yüksəkliyi artmışdır.
Bununla belə yığıncaqlarda müharibə şəraitində dağılmış, zərər çəkmiş evlərin bərpası və təmirinin davam etdirilməsi, içməli və suvarma suyuna ehtiyacın olması, kəndlərarası, qəsəbədaxili yolların təmiri, Quzanlı qəsəbə,  Üçoğlan, Əhmədağalı, Zəngişalı,  İmamqulubəyli, Qərvənd, Nəmirli kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklər üçün yeni inzibati binaların tikilməsi, Üçoğlan, Zəngişalı, Əhmədağalı, Qaradağlı  kənd Mədəniyyət evlərinin əsaslı təmir edilməsi, Əfətli kəndində yeni Mədəniyyət evinin tikilməsi, uşaq bağçalarının əsaslı təmiri, yenilərinin tikilməsi, köhnəlmiş elektrik dirəklərinin, naqillərin dəyişdirilməsi, köçkün qəsəbələrində iş yerlərinin açılması, telefon çəkilişinin davam etdirilməsi, tibb məntəqələri üçün yeni binaların tikilməsi, məcburi köçkün olan gənc ailələrin ayrı təsərrüfat kimi qeydiyyata alınması, içməli və suvarma suyuna tələbatın olması və bir sıra digər problemlərin həllinin vacibliyi xüsusi qeyd edilmişdir.
Bir şəhər,  bir qəsəbə, 33 kənd inzibati ərazi dairəsi üzrə rayon əhalisinin 2018-ci ilin iyun ayında təsərrüfatbaşına qeydiyyatı yenidən dəqiqləşdirilmişdir. Kənd əhalisinin qeydiyyatı 488 ədəd təsərrüfatbaşına kitabda, şəhər və qəsəbə inzibati ərazi dairələri üzrə əhalinin qeydiyyatı 161 ədəd Ev təsərrüfatları kitabında aparılır.
01 iyul 2018-ci il tarixə metodoloji statistikaya görə rayonun 45525 ailə-təsərrüfat olmaqla 200800 nəfər  əhalisi vardır. Ondan 10471 ailə, 40788 nəfəri yerli, 34718 ailə, 160012 nəfəri məcburi köçkündür. Köçkün sakinlərimiz ölkəmizin 62 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır. Qaib əhali 5250 nəfər olmuşdur.
Hazırda köçkün əhalimizin 50000 nəfərə yaxını rayonun ərazisində müvəqqəti məskunlaşmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən 2003-2014-cu illərdə rayonun ərazisində tikilmiş 18 köçkün qəsəbəsində hazırda 5641 ev var. Həmin evlərdə 6937 məcburi köçkün ailəsi olmaqla  26380 nəfər yaşayır. Rayon ərazisində tikilmiş məcburi köçkün qəsəbələrində qəsəbə nümayəndəlikləri tərəfindən vaxtaşırı iməcliklər keçirilmiş, təmizlik işlərinə diqqət artırılmışdır.
Eyni zamanda, rayonun Ergi ərazisində 295 ailə, 1153 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.
Qeydiyyat işləri müvafiq Qanunvericilik aktlarına uyğun olaraq sənədləşdirilmiş, ötən dövr ərzində rayon Qeydiyyat şöbəsi və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən 516 doğum, 328 ölüm, 186 nikah qeydi aparılmışdır.
Başçının Aparatda keçirdiyi qəbullarda, yerlərdə keçirdiyi səyyar görüş-qəbullarda, rayon tədbirlərində nümayəndələrin iştirakı təmin edilmış, onlara verilmiş müvafiq tapşırıqların icrasına nəzarət artırılmışdır.
Müxtəlif şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkün sakinlərimizlə daim əlaqə saxlanılmış, Başçı, müavinləri, Aparatın şöbə müdirləri tərəfindən Bakı, Sumqayıt, Mingəçevir, Yevlax şəhərlərində, Abşeron, Kürdəmir,  Bərdə, Tərtər, Ağcabədi və digər şəhər və rayonlarda  müvəqqəti məskunlaşmış köçkünlərimizlə görüşlər, qəbullar keçirilmiş, onların bir sıra problemlərinin həllinə köməklik göstərilmişdir.
Rayon İH-nin müxtəlif şəhər və rayonlarda müvəqqəti məskunlaşmış ağdamlı məcburi köçkünlərlə iş üzrə nümayəndələri ilə mütəmadi əlaqə saxlanılmış, onlara lazımi köməklik göstərilmişdir.
Qeyd etmək lazımdır ki, görülmüş işlərlə yanaşı nümayəndəliklərin işində bir sıra nöqsanlar da vardır. Belə ki, 01 iyul 2018-ci il tarixə kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində təsərrüfatbaşına kitabların elektron formada işlənilməsi qismən başa çatdırılmışdır.  

        2018-ci ilin 6 ayında Ağdam Rayon İcra Hakimiyyəti Başçısı Aparatı vətəndaşların müraciətlərinə baxılmasını, onların qəbulunun təşkilini, vətəndaşların qaldırdıqları problemlərin həll olunmasını, onlara vaxtında cavab verilməsini daimi nəzarətdə saxlamışdır.
        2018-ci ilin 6 ayında Rayon İcra Hakimiyyəti Başçısı Aparatına  711 müraciət daxil olmuşdur.  Bu müraciətlərin 446-sı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 38-i Nazirlər Kabinetindən, 14-ü Milli Məclisdən, 76-sı Nazirlik, Komitə və Respublikanın digər təşkilatlarından,  137  müraciət isə bilavasitə rayon əhalisi tərəfindən daxil olmuşdur. Həmin dövrdə   37 müraciət nəzarətə götürülmüşdür ki, həmin müraciətlərə vaxtında baxılaraq əsas etibarı ilə müsbət həll edilmişdir.
    2018-ci 6 ayında daxil olan vətəndaş müraciətlərinin 2017-ci 6 ayına   nisbətən  114  müraciət az olmuşdur.
          2018-ci ilin 6 ayında Rayon İcra Hakimiyyəti Başçısı və Aparatı tərəfindən 2037 nəfər vətəndaş qəbul olunmuşdur. Onlardan 415 nəfəri İcra Hakimiyyəti Aparatında, 1622 nəfəri isə səyyari qəbula aiddir. Daxil olmuş müraciətlər aidiyyati üzrə təhlil olunmuş, həlli istiqamətində lazımi tədbirlər görülmüşdür.
            2018-ci ilin 6 ayında Ağdam Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın   13 iclası keçirilmiş,  tədbirlər planına uyğun olaraq və müzakirəsi zəruri olan məsələlər müzakirə olunmuşdur.  Müzakirəyə çıxarılan hər bir məsələ haqqında geniş və müfəssəl arayışlar hazırlanmış, çıxışlar dinlənilmiş və Şura məsələlər barədə öz  tövsiyyə və qərarlarını vermişdir.
       Rayon İcra Hakimiyyəti Başçısı Aparatında  “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq kadrların hazırlanması, seçilməsi, yerləşdirilməsi, ehtiyyat kadr bazasının yaradılması işi təlimata uyğun aparılır. Rayon İcra Hakimiyyəti Başçısı Aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı işlər görülmüş, Rayon İcra Hakimiyyəti Başçısı Aparatında çalışan dövlət qulluqçuları qiymətləndirilərək Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilmişdir.


          Hörmətli yığıncaq iştirakçıları!
Rayonun sosial-iqtisadi inkişafı sahəsində ilin sonuna qədər görüləsi işlərimiz çoxdur. Muğam Mərkəzinin, Xalçaçılıq Müəssisəsinin, Quzanlı qəsəbəsi 360 şagird yerlik məktəbin,  Boks və Taekvando məktəblərinin,  Heydər Əliyev parkını yenidən qurmalıyıq. Həmçinin Evoğlu, Zəngişalı, Üçoğlan kənd tam orta məktəbinin, Qaradağlı və Birinci Baharlı körpələr evi-uşaq bağçalarının təmirlərini həyata keçirməliyik.
Əhalimizin həyat şəraitinin yaxşılaşdırılması, kənd təsərrüfatı sahəsində qarşımızda duran vacib məsələlərin həlli üçün lazımi tədbirlər görməli, 2018-ci il üçün əkilmiş 3100 hektar  pambıq sahəsinin aqrotexniki qaydalara əsasən becərilməsini və bol məhsul götürülməsini təmin etməliyik.
Digər sahələrdə də başladığımız və icrasını vacib saydığımız bütün məsələlərin həllini təmin etməliyik.
Bir sözlə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin ətrafında sıx birləşərək rayonumuzun sosial-iqtisadi inkişafının yüksəldilməsi üçün lazım gələn bütün tədbirləri görməliyik.
Bu yolda hamınıza uğurlar arzulayıram.
Diqqətinizə görə minnətdarlığımı bildirirəm.

Keçidlər