Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda anma mərasimi keçirilmişdir

21 yanvar 2013 | 11:00

Yanvarın 20-də Ağdam rayonunun girişindəki Şəhidlər abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri, şəhid ailələrinin üzvləri abidə kompleksi önünə gül-çiçək dəstələri düzmüşlər.
Sonra Quzanlı qəsəbəsindəki mədəniyyət evində Ağdam Dram Teatrının ifasında “O kənd bizim kəndimizdir” tamaşası göstərilmişdir. Həmin gün Quzanlı qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ehsan süfrəsi açılmışdır.
 

Keçidlər