Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli özünüdərkinin, oyanışının məntiqi nəticəsi idi

26 may 2018 | 11:00


Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli özünüdərkinin, oyanışının məntiqi nəticəsi idi
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması XIX əsrin sonu və XX əsrin əvvəlindəki ictimai-siyasi proseslərin, Azərbaycan xalqının milli özünüdərkinin, oyanışının məntiqi nəticəsi idi. AXC 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi.
Bu sözlər Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq, Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.
Ağdam Dövlət Dram Teatrında davam edən tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər XX əsrin əvvəllərində ictimai-siyasi vəziyyətdən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun həyata keçirdiyi tədbirlərdən, süqutunun səbəblərindən, dövlətçilik tariximizdə rolundan danışıblar. Diqqətə çatdırılıb ki, 1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini qanlar bahasına bərpa etdi, cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. XX əsrin sonunda yenidən öz müstəqilliyini əldə edən Azərbaycan dövlətçiliyi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanılıb və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Tədbir konsert proqramı ilə başa çatıb.

Keçidlər