Şriftin ölçüsü :

Saytın rəngi :

10 may 2018-ci il tarixdə rayonun Quzanlı qəsəbə Mədəniyyət evində Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin 95 illik” yubileyinə həsr edilmiş yığıncaq keçirilmişdir.

10 may 2018 | 11:00

Mayın 10-da Ağdam rayon sakinləri Ümummilli Liderin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Mərasimdə rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları, hərbçilər, əmək kollektivləri, ziyalılar, ağsaqqallar, veteranlar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ağdam Dövlət Dram Teatrında keçirilən tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müəyyən məqamlarından bəhs edib, dahi rəhbərin xilaskarlıq missiyasından, Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsindəki xidmətlərindən danışıblar. Bildirilib ki, Azərbaycan tarixinin yetişdirdiyi ən parlaq simalardan biri, türk dünyasının qüdrətli şəxsiyyətlərindən olan ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb

Keçidlər