Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonu Quzanlı qəsəbə Mədəniyyət evində 31 Mart Soyqırım günü münasibətilə anım tədbiri keçirildi

31 mart 2018 | 11:00

Ağdam rayonu Quzanlı qəsəbə Mədəniyyət evində 31 Mart Soyqırım günü münasibətilə anım tədbiri keçirildi
Ağdam rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar əvvəlcə rayonun girişindəki “Şəhidlər” abidə-kompleksi önünə tər qərənfillər düzərək, soyqırımı qurbanlarının ruhuna dualar oxuyublar.
Quzanlı qəsəbəsindəki Mədəniyyət evində davam edən tədbirdə XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi proseslərdən, Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin acı nəticələrindən danışılıb. Bildirilib ki, əsrlərboyu Azərbaycanın qədim torpaqlarında “böyük Ermənistan” dövləti yaratmaq xülyasında olan erməni millətçiləri bu ideyanı həyata keçirmək üçün ən iyrənc üsullara əl atıb, bəşəriyyət tarixində görünməmiş vəhşiliklər törədiblər. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirən erməni daşnakları 1918-ci ilin martında və aprelin əvvəlində Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar həyata keçirib, on minlərlə soydaşımızı qətlə yetiriblər.
Tədbirdə soyqırımına həsr olunan sənədli film göstərilib.

Keçidlər