Ağdam pambıqçılıqla əlaqədar ümumrayon müşavirəsi keçirilib.
Ağdam rayonu Quzanlı qəsəbə Mədəniyyət evində Azərbaycan prezidenti cənab İlham Əliyevin sədrliyi ilə martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişaf etdirilməsinə dair keçirilmiş respublika müşavirəsindən irəli gələn vəzifələr barədə Ağdam rayon pambıqçılarının ümumrayon müşavirəsi keçirilib.
Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Prezident Administrasiyasının Ərazi-Təşkilat şöbəsinin məsul əməkdaşı Əflatun Rufiyev, rayonun aidiyyəti idarə, müəssisə və təşkilatları, pambıq istehsalçıları, fermerlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcra başçısı Raqub Məmmədov müşavirədə çıxış edərək bildirib ki, martın 26-da prezidentin sədrliyi ilə Bərdə rayonunda pambıqçılığın inkişaf etdirilməsinə dair respublika müşavirəsi keçirilib. O, diqqətə çatdırıb ki, ölkə başçısının yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir.
“Prezident müşavirdə qeyd etdi ki, yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə, ixrac tutumlu sahələrin, o cümlədən pambıqçılığın inkişafı əsas yer tutur. Çünki pambıqçılıq həm gəlirli sahədir, həm də yeni iş yerlərinin açılması deməkdir. Ölkə başçısının müşavirədə söylədiyi giriş və yekun nitqindən irəli gələn məsələlər bizim də qarşımızda duran əsas məsələlərdən biridir”.
Raqub Məmmədov ölkə başçısının tapşırıqlarına uyğun olaraq Ağdam rayonunda 2018-ci ildə 3100 ha ərazidə pambıq əkilməsi planlaşdırıldığını vurğulayıb.
Tədbirdə fermerlərin mövcud problemlərini dinlənilib və onların aradan qaldırılması məsləsi müzakirə edilib.