Ağdam rayon İcra Hakimiyyəti ümumrayon müşavirəsi keçirdi
21 fevral 2018 | 11:00
Ağdam rayon İcra Hakimiyyəti ümumrayon müşavirəsi keçirdi
21 fevral 2018-ci il tarixdə Ağdam rayon İcra Hakimiyyəti Quzanlı qəsəbə Mədəniyyət evində müxtəlif sahələri özündə əhatə edən ümumrayon müşavirəsi keçirildi. Müşavirədə Ağdam RİH başçısı cənab Raqub Məmmədov, Hüquq Mühafizə Orqanlarının, idarə və müəssisə rəhbərləri, ərazi nümayəndələri, bələdiyyələr iştirak etdilər. Çıxış edənlər qarşıda duran məsələlər ətrafında geniş məlumat verərək həll edilmiş və o cümlədən həlli vacib olan məsələrin müəyyənləşdirərək həmin işlərində həll olunmasının vacibliyini bildirdilər. Əsas məsələ olaraq pambıq əkinin gedişi və qarşıya çıxan bəzi problemlərdən çıxış yolunu müzakirə etdilər.